Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amaşovun Abidə məktubu haqda



“Ancaq indi müxtəsər surətdə bunu deyə bilərəm ki, Məşhədi-müqəddəsdə bir abid peyda olub, bunun ismi-şərifi Şeyx Nəsrullahdır”


(Mirzə Cəlil, “Ölülər”)

Yapistlərin dediyi “davamlı inkişaf konsepsiyası” bilirsinizmi nədir? Bilmirsinizsə, bunu biznesmen Nizami Piriyevin örnəyində tam anlamaq mümkündür. Piriyev yapizmin iqtisadi inkişaf simvolcuqlarından, rejimin “iqtisadiyyatı güclü olan dövlət hər zada qadirdir” afyorizminin canlı örnəklərindən biri idi. O səviyyədə ki, hətta 2009-cu ildə Britaniya kimi eşşək boyda dövlətin keçmiş baş nazirini - rüşvətxor dılğır Toni Bleyeri Lökbatan yaxınlığındakı Mətanət, üzr istəyirəm, Metanol zavoduna (günahın hamısı o Əliverdiyevadadır, hər yerdə gözümüzə görünür), açılış mərasiminə sürüyüb gətirmişdi. Rejim forslanırdı ki, bax, görürsünüz, bizi bəziləri repressiv, insan haqlarını pozan-zad adlandırır, bəs Bleyer niyə bizimlə əməkdaşlıq edir? Halbuki, Bleyer demokratiya rəmzi idisə o zaman Səyavuş Novruzovu sürrealizmin banisi saymaq olardı. 

Elə Britaniya mətbuatı da o vaxt Bleyeri biabır edən yazılar verdi, nəticədə Toni müəllim Bakıda yediklərini qusmalı oldu. Yanılmıramsa, hətta ona verilən 200 min dollar rüşvət-qonorarı da hansısa xeyriyyə fonduna bağışlamağa məcbur edilmişdi. 

Bəs bunlar niyə yadıma düşdü? Dünən xəbər lentində gözümə dəydi: Nizami Piriyevi bank kreditləri, iqtisadi maxinasiyalar, necə deyərlər, “maliyyə xəyanəti” üstündə tutublar, adam içəridən vəkili vasitəsilə mesaj göndərib ki, mənə kömək edin, hər gün döyülürəm, işgəncə altındayam. 

Təsəvvür edin, adam Bleyerlə oturub-dururdu, indi isə prokurorluq-polis-çekist orqanlarındakı (istintaqı kimin apardığını bizə deyən yoxdur) qolu zorba, boynu yoğun gənclər tərəfindən işgəncələrə məruz qalır. Bəlkə Bleyerə müraciət edək, bu dəfə də dostunu xilas eləmək üçün Bakıya gəlsin? Dost yolunda boran olar, qar olar! Qoy bir-iki zopa da Bleyer yesin. 

Sözgəlişi, bu yaxında hardasa belə məlumat da gözümə dəymişdi ki, ABŞ prezidenti Obamanın kredit borcu var imiş. Hardansa ipoteka krediti alıbmış. Dəli şeytan deyir ki, ölkəmizdəki son vurhavura Barak Hüseynoğlunu da qatasan. İstintaqla müəyyən edilə ki, vaxtilə konqresmen vəzifəsində ikən Bakıya səfər edən Obama bizim dövlət başçısından “Memar Əcəmi” metrosu tərəfdəki “Mızdonalds”ın sökülməməsini xahiş edərkən Beynəlxalq Bankdan müvafiq kredit almışdır. Kredit tərəfimizdən aşkar edilib götürülmüşdür. Yox, götürülməyibdir, bunu trafaret olaraq yazdım. Amma Barak Obamanın Beynəlxalq Banka kredit borcu səbəbindən ABŞ-dakı bəzi ermənipərəst dairələri müstəqil dövlətçiliyimizin üstünə qaldırıb qısqırtması necə də geopolitik bir plan olardı... Məncə bu, heç Beynəlxalq Avrasiya Minatəmizləmə, Hotelçilik, Qarpız Bostanı və Hətta Mətbuat Fondunun (BAMHQBHMF) şefi Umud müəllimin də ağlına gəlməzdi. İşləmirlər axı. Hamısı eləcə kredit alır. Fantaziya gücünü işə salıb özlərini yormaq istəmirlər. Guya hər şeyi bunların əvəzindən güc nazirliklərinin rəhbərləri eləməlidir. Bəs sizin dövlətçilik təfəkkürünüz hardadır?   

Yenə sağ olsun, Mətbuat Şurasının sədri Əflatun müəllim dayanmadan çalışır, dövlətçiliyimizin binasını ucaldır. Misal üçün, bu günlərdə Abid Şərifova məktub yazmışdır. Məktubda Şərifovdan media qurumlarına hörmətlə yanaşmaq tələb edilir, Artur Rasizadə istefaya çağırılır. Sitat: “O nədir jurnalistə  demisən? Utanmersanmı? Səni vəzifəyə qoyublar ki, jurnalistlərə, o cümlədən Mətbuat Şurasına xidmət edəsən. Təcili bir ”KamAZ" qum gətir, şuranın qabağına tök. Yoxsa səni öz qəzetimdən biabır edərəm". Deyilənə görə, bu məktubu oxuyan Abid müəllim adını dəyişib Ateist qoyubdur. Amaşov məktubunu Füzulinin bu beyti ilə bitirmişdir: “Hiç abid anmadı ləlin ki, gözdən qan töküb, Səcdədən durduqca təğyiri-müsəlla etmədi”.

İndi söz əlaqədar təşkilatlarındır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar