Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub
Bakının Xətai rayonu ərazisindəki Amay Ticarət Mərkəzində güclü yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə səhər saatlarından başlayıb.
Yanğın 3-cü mərtəbədə qeydə alınıb. Hazırda hadisə yeirnə 4 yanğınsöndürən maşın cəlb olunub. Yanğının söndürülməsinə çalışılır.
Faktla bağlı araşdırma aparılır.