Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika Osmanlı yumruğundan çəkindi

Müəmmalı Ərdoğan-Tillerson görüşünün təfərrüatları


Reks Tillersonla Rəcəb Tayib Ərdoğanın görüşü lap başdan sirrə bürünüb: iki siyasətçi tərcüməçisiz və stenoqrafsız üç saatdan çox söhbət edib – xarici işlər naziri Mövlud Çavuşoğlu tərcümə edib. Beynəlxalq münasibətlərdə olduqca nadir hadisədir.

Düşünürəm ki, məxfilik tələbi Vaşinqton tərəfindən səsləndirilib, çünki Ankaranın mövqeyi son dərəcə aydındır: “Yanki, qou houm”. (ingiliscə: “Yanki, vətəninə get”-tərc.) Düzdür, Ərdoğan bunu uzun-uzadı, amma obrazlı deyib. O, fevralın 14-də başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının toplantısında bildirib: “Suriyada bu teatrı qurtarmağın vaxtı çatıb. Hər şeydən öncə, tamamilə aydındır ki, “Bizi vursalar, sərt cavab verəcəyik” deyənlər ömürlərində Osmanlı şapalağını dadmayıblar. Əlbəttə, biz onlara qəsdən tuşlanmayacağıq, amma gördüyümüz və hər şeydən əvvəl birbaşa onların yanındakı hər bir terrorçunu məhv edəcəyik. Onda anlayarlar ki, terrorçuları dəstəkləməsələr, daha yaxşıdır”.

Osmanlı şapalağı – guya yeniçərilərin ovucla vurmağı yaxşı bacardığı   öldürücü zərbədir. Hər halda, Türkiyədə bu sarsılmaz gücə inanırlar. Hər şeyə əsasən, amerikalılar da inanıblar – öz ünvanlarına hədəni tamamilə düzgün qavrayıblar.

Ərdoğan Vaşinqtonun türklərin PKK ilə göbəkbağı olan terrorçu saydıqları Suriya kürdlərilə oyununu nəzərdə turub. ABŞNATO 1990-ların axırında PKK-ı terrorçu təşkilatlar siyahısına daxil edib, amma budur, Suriya kürdlərini silahlandırır və Ankaranın narazılığına göz yumurlar. Bu da hərbi blok üzrə müttəfiqlər arasında gərginlik doğurur.

Dövlət Departamenti şefinin Türkiyə prezidentiylə görüşünün hansısa təfsilatı iki diplomatik idarə başçısının birgə mətbuat konfransı zamanı bir az aşkarlanıb. Hər şeyə əsasən, Tillersonun vəzifəsi gedişatı zəiflətməkdə Ərdoğanı dilə tutmaq və Yaxın Şərqdə rəyi daha sayılmayan amerikalıları tam miskin göstərməmək idi. Amma, şübhəsiz, buna nail olmayıb – Türkiyə yerinə yetirilməyən anlaşmaları xatırladıb və bir sıra şərtlər qoyub, ABŞ günahını etiraf və düzəldəcəyini vəd edib. Söz düşmüşkən, diqqət yetirməyinə və yadda saxlamağımıza dəyən maraqlı bir təfsilat üzə çıxıb. Aydın olub ki, bu gün həbsxanalarda təkcə Türkiyə vətəndaşları – ABŞ diplomatik nümayəndəliyinin Ankaranın 2016-cı il dövlət çevrilişində şübhəli bildiyi əməkdaşları deyil, həm də hadisələrdə əli olmuş Amerika vətəndaşları əziyyət çəkirlər. Reks Tillerson fağır-fağır onları ciddi şəkildə mühakimə etməmək və tezliklə azadlığa buraxmağı xahiş edib.

Suveren ölkələr – Türkiyəni isə tərəddüdsüz bunlara aid edirəm – ədalət və güvənlik haqda istisnasız olaraq öz təsəvvürlərini düşünərək avtoritetlərə baxmadan qərar alırlar. Rusiya üçün yaxşı örnəkdir, düzdür?

ABŞ-ın inişil buraxdığı qara pişik NATO üzrə müttəfiqləri arasında hələ çox qaçacaq. Durumdan faydalanmamaq günahdır. Lakin bütövlükdə Türkiyə və xüsusən də Rəcəb Tayib Ərdoğan ancaq lokal problemləri çözmək mümkün olan, həm də hökmən onun maraqlarını nəzərə almaqla ötəri müttəfiqdir. Yaxın Şərqin bu qəliz oyunçusuyla məhrəm münasibətin acı təcrübəsindən ibrət almış Vladimir Putin indi onu məsafədə saxlayır, amma onunla praqmatik şəkildə mühüm işlər aparır. Maraqlıdır ki, Tillersondan S-400 aldığına görə Türkiyənin sanksiyalara məruz qalıb-qalmayacağını soruşarkən dövlət katibi özünü itirdi. O, sadəcə nə cavab verəcəyini bilmirdi – Rusiyanın seçkilərə müdaxiləsini, Konqresin qəbul etdiyi qanunu və başqa ikincidərəcəli şeyləri yada saldı. Çavuşoğlu daha təbii, buna görə də anlaşılan idi: Türkiyə nəyi gərək bildiyini kimdən istəsə, alacaq. Və heç kim ona hökm edə bilməz.

Lakin Vaşinqton hər halda Ankaraya sanksiya elan etsə, gülməli olacaq. Amerika əvvəllər müttəfiqlərini heç vaxt son bir-iki ildəki qədər sürətlə itirməyib. Türkiyə indidən özünü adaxlıların nəvaziş göstərdiyi varlı evdən çıxan gəlin kimi hiss edir. Əgər ABŞ qocalan hegemonun yersiz iddiaları üzündən növbəti səhv buraxsa, bir də görərsən ki, Ərdoğan həqiqətən də NATO-dan çıxdı və ŞƏT-ə hazırlaşır.

Bu, indi mümkün deyil, özüm də bilirəm. Lakin amerikalılar mümkünsüzü bacarırlar, buna dəfələrlə əmin olmuşuq.

Pavel Şipilin 

oko-planet.su, 18.02.2018

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar