Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika Qarabağı istəsə...



ABŞ və Avropa hələ ki, Krım məsələsində möhkəm dayanıb


Qərb müharibə variantı istisna olmaqla, az qala arsenalındakı bütün siyasi-diplomatik və iqtisadi rıçaqlara əl atır və atmaqdadır ki, imperiya iddialarına düşən Putin Rusiyasını qonşu ölkənin ərazisini ilhaqına peşman etsin, XXI əsrin xəritəsində yırtıcı dövlətlərə yer olmadığını ona anlatsın.           

Hələlik Moskvanın cilovunu yığa bilməsə də, ABŞ mövqeyində israrla durub. Bu mövqe son olaraq Dövlət Departamentinin rəsmisi Cen Psakinin dilindən növbəti dəfə səslənib. Xanım bildirib ki, Rusiya Krımı qaytarmayınca ona qarşı sanksiyalar qüvvəsində qalacaq. Eyni gündə Almaniya kansleri Angela Merkel Moskvaya qarşı yeni sanksiyalar tətbiq eləməyə hazır olduqlarını bəyan edib və əlavə edib ki, Qərb Krımın Rusiya tərəfindən işğalını heç vaxt unutmayacaq. “Ancaq indilikdə əsas danışıqlarda irəli getməkdir” – bildirib Merkel.

*****

Amma bir var, Almaniya, onun təmsil elədiyi Avropa Birliyi, bir də var Amerika. Qərbin, NATO-nun özəyi sayılan supergüc, Avropa təhlükəsizlik sisteminin 1 nömrəli qarant ölkəsi! 

Amerika isə sözü elə-belə demir, hədəni elə belə gəlmir. Yaxşı, bəs, Qərb niyə məhz Krım məsələsindən sonra ayıldı, hərəkətə keçdi? Axı bunadək Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgələrin işğalı var idi.            

Əsas səbəbə əslində toxunuldu: Rusiya Krımı ilhaq eləməklə birbaşa Avropa təhlükəsizlik sistemini pozmuş oldu, beynəlxalq hüququ ən kobud şəkildə ayaqladı, ABŞ-ın önünə əlcək atdı, onun siyasi iradəsini sınağa çəkdi. İkincisi, SSRİ-nin çöküşündən sonra Rusiya ilk dəfə idi ki, qonşu, suveren Avropa dövlətinin bir parçasını nümayişkaranə şəkildə, barbarcasına, rəsmən özünə birləşdirirdi – bu hərəkəti öz daxilində yüz yerə yozsa da, “tarixi ədalətin bərpası” kimi təqdim eləsə də (Eyni məntiqlə Rusiya müstəqilliyə can atan Çeçenistan daxil Şimali Qafqazı, Tatarıstanı, Başqırdıstanı çoxdan buraxmalıdır).

***** 

Qərbin, Birləşmiş Ştatların Ukraynanın ərazi bütövlüyü məsələsində israrı şübhəsiz, bizim köklü maraqlarımıza, Qarabağla bağlı mövqeyimizə uyğundur, mövqeyimizi gücləndirir - istər Minsk Qrupu çərçivəsində olsun, istərsə də digər danışıq formatlarında və beynəlxalq səviyyələrdə dilimizi uzun, sözümüzü kəsərli edir. 

Könül istər ki, Azərbaycanın ABŞ-la münasibətləri o qədər isti olsun ki, Vaşinqton “Dağlıq Qarabağ işğaldan azad edilməyincə Ermənistana qarşı sanksiyalar qüvvədə qalacaq” bəyanatını da verə bilsin, heç olmasa, İrəvan qarşısında “Dağlıq Qarabağ ətrafındakı 7 rayon qeyd-şərtsiz azad edilməlidir” tələbini qoysun - necə ki, Abxaziya, Cənubi Osetiya məsələsində Gürcüstanın ərazi bütövlüyünü birmənalı müdafiə edir, Rusiyanı işğalçı adlandırır. 

Hərgah, Kremlə qarşı sanksiyalara 2008-ci ildə deyil, Krımın ilhaqından sonra başlayıb. Səbəblər sadalandı...           

***

Amma gəl ki, Krıma görə Rusiyanı küncə sıxan Amerikanın, Qərbin gözündə Ermənistan bir ayrı dəyərdədir, ayrı cürdür, “nominal, formal işğalçı” statusundadır. Ermənistana dəyib-toxunan yoxdur. Əksinə, hamı - Rusiya, ABŞ, Avropa onu əzizləyir, körpə, şıltaq uşaq kimi başını tumarlayır, Qarabağın separatçı liderlərinə isə həvəslə qucaq açır, onlara hətta iqtisadi-maliyyə, hərbi yardımlar göstərir. 

Belə çıxır, adamlar arasında olduğu kimi, ölkələr arasında da bəxti gətirənlər olarmış. Yoxsa adama diş ağardan ikili standart siyasətini başqa necə həzm edəsən?! Axı, daha hansı paralellik, oxşarlıq lazımdır əgər Abxaziya, Cənubi Osetiya de-fakto Rusiyaya birləşdirildiyi kimi, eynən Dağlıq Qarabağ da çoxdan Ermənistanın tərkib hissəsidirsə. İşğalçı ölkənin kasad büdcəsində hətta hər il qondarma qurum üçün “büdcə” nəzərdə tutulur. Krımda olduğu kimi, Dağlıq Qarabağda da saxta müstəqillik referendumları keçirilməyibmi?       

Fərq bircə ondadır ki, Rusiya Gürcüstanın bu iki separatçı bölgəsini müstəqil dövlət kimi tanıdığı halda, Ermənistan “DQR”i tanımayıb. Tanıya da bilməz, çünki 1989-cu ilin dekabrında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda qərar qəbul edib. İrəvan öncə həmin qərarı ləğv eləməlidir. 

Azərbaycanın xeyrinə, ermənilərin isə zərərinə olan ən ağırlaşdırıcı fərq isə odur ki, Rusiya Krımda etnik təmizləmə aparmadığı halda, ermənilər Dağlıq Qarabağda buna da gediblər – azərbaycanlılara qarşı. Amma nə olsun. 

Bəxti gətirmək daha necə olur ki. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar