Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika pisdir, məsləhəti yaxşıdır


Keçən yazımda iqtidarlı-müxalifətli Azərbaycan xalqının nə istədiyini bilmədiyini qeyd eləmişdim


Buna daha bir misal yazmaq istərdim. Yayda, konkret yazsam avqustda prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov “Financial Times” qəzetinə açıqlamasında Azərbaycan hökumətinin neftin qiymətinin düşməsinə hazır olmadığını etiraf eləməklə yanaşı, vəziyyəti düzəltmək üçün işlər görüldüyünü də demiş və misal çəkmişdi ki, dünyada tanınan konsaltinq şirkəti - “McKinsey & Company” ölkəmizə dəvət edilib. 

Bu, doğrudan da dünyada yaxşı iqtisadi məsləhətləri ilə tanınan şirkətdir, əcəb eləyib çağırıblar, ümid eləyək şirkətin dediklərinə əməl eləyərlər. Hərçənd, şəxsən mən Azərbaycanın bütün problemlərinin siyasi sistemdən qaynaqlandığı qənaətindəyəm, o cümlədən, iqtisadiyyatı da ayrıca götürüb düzəltmək mümkün deyil. İdarəçilik sistemi tamam korrupsiya içindədirsə, orda nə edəcəksən? Öz əllərini kəsəcəklər? O üzdən, “Makkinzi” yox, lap Adam Smiti dirilt, gətir, heç zad dəyişməyəcək. Məni işin başqa tərəfi düşündürür. 

Bax, həmin bu konsaltinq şirkətinin mərkəzi ofisi ABŞ-ın Nyu York şəhərində yerləşir. Yəni, adını nə qədər “beynəlxalq” qoysan da bu, bir Amerika şirkətidir, Qərb iqtisadi sisteminin övladıdır. Bəs bütün günü Qərbi söyən, Amerikanın Azərbaycanda guya məxməri inqilab qayırdığını iddia edən, Obamanın nəsli-nəcabətini Bəxtiyar Sadıqovun cızmaqara dövlət qəzetciyində yerdən-yerə vuran yapistlər niyə bu “Makkinzi”yə ehtiyac duyublar? Bəlkə birdən bu da sizi, o kinoda deyilən kimi, “qurbağaya döndərsə”, nə edərsiniz? O nə pəhrizdir, bu nə alça turşusu? Amerika pisdir, məsləhəti yaxşı, eləmi? Sabir necə yazmışdı? “Qah-qah!.. Qəribə gülməlisən, xaniman xərab”...

Hələ başqa idiot söhbət atıblar ortaya. Guya Rusiya-Azərbaycan-İran yaxınlaşması olubmuş, Bakıda 3 dövlətin rəhbəri görüşübmüş, ona görə Qərb Azərbaycana təzyiqləri artırıb. Bəs Rusiyaİran Azərbaycana nə edirmiş - başını sığallayırmış? Bunlar bizim dostlarımız imiş, xəbərimiz olmayıb. Halbuki, bunun biri Ermənistanı saxlayır, üstümüzə qısqırdır, o biri də milyonlarla azərbaycanlını əsir durumunda saxlamaqdadır. Üstəlik, ABŞ-da “Azərbaycan İranRusiyanın arasında sendviç kimi əzilir, bizə yardım edin” deyə inildəyən elə yapistlərin xarici desant qruplarından birinin başçısı Səməd əkə Seyidov deyildimi? Yəqin Putinlə Ruhani Bakıya bu sendviçə yağ sürtməyə gəlibmişlər. Neftin qiyməti düşəndən sendviç çox qurumuşdu, boğazdan rahat keçmirdi. 

Vəziyyəti yumşaltmaq, repressiyaları azaltmaq yerinə daha kəskin addımlara getmək fikrindədirlər və bu baxımdan ölkənin yaxın perspektivi heç də yaxşı görünmür. Təzə qanun projesi hazırlanır, deputatxanaya çıxarılmaq üzrədir, o projeyə görə Avropa Məhkəməsinin qərarları bizdə qanuni qüvvə daşımayacaq. Bu, Azərbaycan vətəndaşını son ümiddən də üzməkdir. Əslində o məhkəmə işlərə çox gec baxırdı, cərimələr də adətən kiçik olurdu, ancaq hər halda olmayan yerdə bir təsəlli idi. İndi yapistlər istəyir vətəndaş üçün belə kiçik təsəlli də olmasın. 

Sonda bir gülməcə... Dünənki yazımda cəbrayıllıların ölkə həyatında aktivliyi temasında bir zarafat eləmişdim, sən demə, bu tipdə bir söhbət çoxdan - ötən əsrin 90-cı illərində olubmuş. Köhnə dostlardan biri danışdı, mən yazım, siz də oxuyun.

Yazıçı Seyran Səxavət “Ulduz” jurnalında işləyəndə o dövrün tanınmış musiqişünası, olduqca koloritli adamlardan biri Firudin Şuşinski onun iş yerinə gəlir, masanın üstündən jurnalı götürüb vərəqləməyə başlayır. Baxır ki, burda bir şairin şəkli var, adı da Vaqif Cəbrayılzadə yazılıb. Soruşur bu kimdir, Seyran bəy deyir Cəbrayıldandır. Bir neçə səhifə vərəqləyir, görür kimsə ədəbi tənqid yazıb, imzası da Kamil Vəliyevdir, bunun haralı olduğunu soruşur, Seyran bəy deyir bu da cəbrayıllıdır. Yenə vərəqləyir, görür Tofiq Hacıyev adlı bir nəfər türkologiya temasında nəsə yazıb, onu soruşur, Seyran bəy “Cəbrayıldandır” deyəndə, Firudin Şuşinski dözmür, jurnalı çırpır masanın üstünə, deyir: “A kişi, biz görmüşük yazan Şuşadan olar, uzağı Şamaxıdan olar, bu Cəbrayıl da təzə çıxdı?!”

Zamin HACI(musavat)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar