Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı ekspertdən ilginc Rusiya və Qarabağ açıqlaması...


Amerika Xarici Siyasət Şurasının baş tədqiqatçısı Stefen Blank Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edib


“Amerikanın Səsi”nə müsahibə verən ekspert Rusiyanın məramları ilə bağlı dərin şübhələrini ifadə edərək, görüşlərdən real nəticə gözləmədiyini bildirib.

Jurnalistin “Görüş nə kimi nəticə verdi” sualına, ekspert bu cür cavab verib: “Düşünmürəm ki, bu görüş elə bir nəticə verdi. Bircə o oldu ki, tərəflər daha böyük miqyasda zorakılıqdan çəkindiklərinə görə alqışlandılar. Heç kim bu görüşdən sülhə doğru real proqres gözləmirdi. Mənim gözlənitlərim aşağıdır, çünki Rusiyanın sülhdə marağı yoxdur. Və başqa heç kəs aktiv rol oynamaq istəmir. Ona görə də hökumətlər üzərində sülhə nail olmaq üçün xarici təzyiq yoxdur”.

Stefan Blank həmçinin, son bir neçə həftədə təmas xəttində yaranan gərginlikdən və hərbi konfliktin yenidən baş qaldırıb-qaldırmayacağından da danışıb: “Hesab edirəm ki, insidentlərin yenidən baş qaldırması ehtimalı kifayət qədər yüksəkdir, hətta müharibənin də. Hər iki tərəf silahlanır. Həmin kontekstdə həmişə belə bir ehtimal var ki, müxtəlif növ səbəblərdən, yaxud bilərəkdən bir insident başlasın. Nəticədə toqquşmalar vüsət ala bilər və ən pis halda müharibə baş verə bilər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Ən çox oxunanalar