Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı jurnalist “Qarabağ” haqda film çəkdi


“Qarabağ” Futbol Komandasının Ağdamda yerləşən doğma meydançaları 1993-cü ildə erməni işğalçıları tərəfindən Dağlıq Qarabağ və ona bitişik yeddi rayon zəbt edildikdən sonra çəbhə zonasına çevrilib


Komanda ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməyə məcbur olub. 

Qafqazinfo” xəbər verir ki, komanda eyniadlı Qarabağ atları şərəfinə “atlılar” adlanır. Son zamanlar “Qarabağ” Futbol Komandası böyük uğurlara imza atmağa başlayıb və 2014-cü ildə Avropa Liqasında qrup mərhələsinin başgicəlləndirici zirvələrinə yüksəlib .

Bu gözəl hekayə amerikalı jurnalist və yazıçı Tomas Qoltsu komandanın yaranma tarixi, Avropa futbol aləmində əldə etdiyi nailiyyətləri və çətinlikləri haqqında “On Aqqreqeyt” (Aqreqatda) adlı sənədli film çəkməyə sövq edib. O, 1991-ci ildən başlayaraq dəfələrlə Azərbaycana uzunmüddətli səfərlər edib, ölkəmizin hər bir güşəsini qarış-qarış gəzərək maraqlı reportajlar hazırlayıb. Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinə məlumat verib. O, Qarabağ savaşının şahidi olub. İngilis dilində işıq üzü görən “Azərbaycan gündəliyi” kitabının müəllifidir.

22 iyunda Londonun “Çelsi” Futbol Klubunun “Stamford Bridc” stadionunda sözügedən filmin Britaniya premyerası keçirilib.  “On Aqqreqeyt” sənədli filmin nümayişdən əvvəl Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London ofisinin direktoru Cek Peqoraro çıxış edib: “Təəssüf ki, BMT-nin Ümumdünya Qaçqınlar Günü ifadəsi hazırda məcburi köçkünlərin üzləşdiyi çətinlikləri əks etdirmir. Bu isə qeyri-adi bir haldır. Belə ki, hazırda dünyada məcburi köçkünlərin sayı qaçqınların sayından daha çoxdur. 25 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bir milyona yaxın insan məcburi köçkün və qaçqın olmuşdur. BMT Təhlükəsizlik Şurasının Ermənistanı işğalçılıqda qınayan dörd qətnamə qəbul etməsinə baxmayaraq, köçkünlərin heç biri evlərinə geri qayıda bilməmişdir. Ermənistanın Azərbaycanın əzəli torpaqlarını işğalı nəticəsində “Qarabağ” Futbol Klubu dogma meydançasına həsrət qalıb”.

Filmdə vurğulanır ki,  komandada bir neçə legioner oyunçunun olmasına baxmayaraq, komandanın şərəfini qoruyan əksər oyunçular Ağdamdan olan məcburi köçkünlərdir. Klubun futbol akademiyasından götürülən yeni oyunçuları da məcburi köçkün ailələrindəndir. Milanın “İnter” komandası ilə matç zamanı azarkeşlər tərəfindən fəxrlə ucadılmış bannerdə yazıldığı kimi: “Qarabağ – sadəcə komanda deyil”.

Ağdama səfər etmək imkanı haqqında Tomas Qolts sual verildikdə cavabı bu cür oldu: “Bütün Dağlıq Qarabağa olduğu kimi Ağdama da giriş mümkün deyil. Şəhər tamamilə yerlə-yeksan edilib. Şəhərə daxil olduqda orada Azərbaycan avtomobillərinin dövlət nömrə nişanlarından bir divar var. Bu avtomobilləri 1993-cü ildə ermənilər şəhəri işğal edərkən mənimsəyiblər. Avtomobilərin hamısı Ağdamda qeydiyyatda olduğunu bildirən “02” rəqəmi ilə başlayır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar