Şimali Koreyanın hərbi və nüvə obyektlərinə hava zərbələrinin endirilməsi planını 47% amerikalı dəstəkləyir
Modern.az xəbər verir ki, bu barədə “Politico” qəzeti və Morning Consult şirkətinin birgə sorğusunda deyilir.
Sorğunun nəticələrinə görə, amerikalıların yalnız 28%-i Pxenyanı nüvə sınaqlarından vaz keçirmək üçün bölgəyə quru qoşunlarının göndərilməsini istəyir. Sadə amerikalıların 78%-i diplomatik səylərin, 73%-i isə əlavə sanksiyaların tətbiq olunmasını arzulayır.
Sorğu zamanı 52% amerikalı Donald Trampın prezidentliyindən narazı qaldıqlarını dilə gətirib.
pia.az