Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amnistiya aktının icrası üçün sənədləşmə işləri başlayıb

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü ərəfəsində qəbul edilən amnistiya aktı ümumilikdə 10 min məhkumu əhatə edəcək, 3500 məhbus cəzaçəkmə müəssisəsindən azad ediləcək. Amnistiya aktı bu günə qədər barəsində hökm çıxarılmayan məhbuslara da şamil olunacaqmı?


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az saytına deyib ki, iyun ayının 15-nə qədər barəsində hökm çıxarılmış və amnistiya aktının təsiri altına düşən şəxslər azad olunmağa başlayacaq:

“Qanunda amnistiya aktının müddəti 4 ay nəzərdə tutulub. Yəni amnistiya aktının təsiri altına düşən insanlar 4 ay müddətinə hissə-hissə azadlığa buraxıla bilər. Amma praktika göstərir ki, 4 aylıq müddət gözlənilmir və 1 ay müddətinə proses başa çatdırılır. Bu da Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin birgə, çevik işinin nəticəsi kimi reallaşır. Ümid edirik ki, elə bu dəfə də amnistiya aktının təsiri altına düşən insanların böyük hissəsi qısa zamanda azadlıqda olacaq”.

Ç.Qənizadə amnistiya aktının təsirinə düşən insanların sənədləşmə işlərinə artıq start verildiyini bildirib:

Milli Məclis bu qanunu qəbul edib və amnistiya aktı iyunun 15-dən qüvvəyə minir. Təbii ki, bu müddətdə Ədliyyə Nazirliyi və Penitensiar Xidmət birgə olaraq kimlərin amnistiya aktının təsirinə düşəcəyinə dair sənədləşmə işlərini həyata keçirir. Hazırda bu işlərə başlanıb. Ümid edirik ki, iyunun 15-dən tez olaraq Penitensiar Xidmət həm azadlıqdan məhrum edilmiş, həm cərimə və islah işlərinə təhkim olunmuşlardan amnistiyaya düşənlərin siyasini tərtib edəcək, sənədlərini hazırlayacaq və iyunun 15-dən başlayaraq amnistiya aktının icrası başlanacaq”.

Hüquqşünas deputat barələrində hələ də hökm çıxarılmayan şəxslərin də amnistiya aktının təsirinə düşəcəyini deyib:

“Bir qurum məhkumlar var ki, onlar barəsində hökm çıxmayıb, yaxın günlərdə çıxacaq. Amnistiya aktının Milli Məclis tərəfindən qəbul edilməsilə icrasının başlanması arasındakı müddətdə də müəyyən sayda insanlar var ki, barələrində hökm çıxarılacaq, onların da sənədləri hazırlandıqca, azadlığa buraxılacaqlar.

Bütün bu prosesin ilk 1 ayda başa çatacağına əminəm.

Hörmətli Mehriban Əliyevanın da çıxışının əsas qayəsi bu idi ki, ilk dəfə cinayət törətmiş şəxslərin bir hissəsini bağışlamaq lazımdır. Amnistiya aktı humanist addımdır. Təbii ki, ağır və xüsusilə ağır cinayət törədənlər amnistiya aktına düşməyəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar