Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amnistiya bu şəxslərə şamil olunacaq - Siyahı


Millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 28 May - Respublika günü münasibəti ilə “Amnistiya aktı” haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib


Layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.
 
Bəs Amnistiya aktı Cinayət Məcəlləsinin hansı maddələri üzrə şamil olunacaq?
 
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev Amnistiya aktının Cinayət Məcəlləsi üzrə şamil olunacaq maddələrini təqdim edib.
 
Amnistiya tətbiq edilən şəxslərin dairəsi aşağıdakılardır:
 
1.1. Yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;
 
1.2. Qərarın 1.1 -ci bəndində göstərilən şəxslərdən başqa, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər;
 
1.3. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər;
 
1.4. hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər;
 
1.5. islah işləri növündə cəza təyin edilmiş şəxslər;
 
1.6. ictimai işlər növündə cəza təyin edilmiş şəxslər;
 
1.7. əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilmiş şəxslər;
 
1.8. əsas cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər;
 
1.9. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər;
 
2. 1.1 və 1.2-ci bəndlərində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilsinlər (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla);
 
2.1. qadınlar;
 
2.2. cinayət törədərkən 18 yaşma çatmayan şəxslər;
 
2.3. Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər;
 
2.4. Qərar qüvvəyə mindiyi günədək birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər;
 
2.5. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ya ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər;
 
2.6. İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRl-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
 
2.7. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının, habelə keçmiş SSRl-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
 
2.8. Azərbaycan Respublikasının, habelə keçmiş SSRl-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
 
2.9. keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;
 
2.10. 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya olunmuş şəxslər;
 
2.11. 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər;
 
2.12. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);
 
2.13. 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları;
 
2.14. Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları.
 
3. Qərarın 1.1, 1.2-ci bəndlərində və 2-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olmayan şəxslər, bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin;
 
4. 1.1, 1.2-ci bəndlərdə, 2 və 3-cü hissələrində nəzərdə tutulan şəxslərdən başqa, dörd ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olduqda çəkilməmiş cəza altı ay azaldılsın (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla);
 
5. 1.3 və 1.8-ci bəndlərində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar təyin olunmuş cəzalardan azad edilsin (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla);
 
5.1. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən iki ilədək olan şəxslər;
 
5.2. əsas cəza kimi iki min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər;
 
5.3. azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər;
 
5.4. azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər;
 
5.5. azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər.(axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar