Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Məmmədovun ABŞ-dakı lobbi təşkilatını bağlamasının təfərrüatları


“Yeni Müsavat”ın bir neçə gün əvvəl yazdığı xəbər təsdiqləndi; Amerika-Azərbaycan Alyansının bağlanmasını Məmmədovların maliyyə problemləri ilə izah etmələrinin şok səbəbi...


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Amerika-Azərbaycan Alyansının rəhbəri Anar Məmmədovun lobbiçilik fəaliyyətindən uzaqlaşdırılacağı barədə  “Yeni Müsavat”ın bir neçə gün əvvəl yazdığı xəbər təsdiqlənib.

( http://musavat.com/news/olke/ziya-memmedovun-ogluna-agir-zerbe-amerika-yolu-baglanir_285837.html). Xatırladaq ki, həmin yazıda bildirilirdi ki, 2011-ci ildə Amerikada Azərbaycanın lobbi işinin aparılması məqsədilə A.Məmmədovun rəhbərliyi ilə yaradılan qurumun son aylardakı fəaliyyətsizliyindən iqtidar narazı olub. Bu səbəbdən də nəqliyyat naziri Prezident Administrasiyasında sorğu-suala çəkilib, hətta  təşkilata ayrılan pulların hesabı sorulub. 

“Bəzi məlumatlara görə, təşkilata ayda təxminən 3 milyon dotasiya ayrılır” deyə, xəbərdə bildirilirdi. 

Virtualaz.org saytının mötəbər mənbələrə istinadən yaydığı məlumatda isə qeyd olunur ki, A.Məmmədov biznesində yaranmış maliyyə problemləri səbəbindən ABŞ-dakı lobbiçilik fəaliyyətini dayandırıb. Belə ki, bir neçə həftə əvvəl Anar Məmmədov Vaşinqtondakı ofisini bağlayıb, təşkilatın kollektivi rəsmən buraxılıb. Saytın məlumatına görə, Anar Məmmədovun böyük borcları yaranıb. Onun biznes işlərinin acınacaqlı vəziyyətə düşməsinin digər oliqarx Hafiz Məmmədovla maliyyə zəminində ayrılmaları ilə əlaqəli olduğu bildirilir. 



“Məmmədovların maliyyə imperiyasının çökməsinin səbəbləri haqda kifayət qədər geniş və uzun-uzadı bəhs etmək olar. Bu zaman oliqarxın 50 milyon dollarlıq şəxsi təyyarə almasından tutmuş Bodrumda hotel tikintisinə qədər ölçüyəgəlməz şəxsi xərclərini xatırlatmaq olardı. Ancaq qeyri-peşəkar menecment faktı da ortadadır. Vaşinqtonda Azərbaycanın maraqlarını qorumaq üçün yaradılmış Amerika-Azərbaycan Alyansı bağlanıb. Senatorları yedirtməyə artıq heç nə qalmayıb...”-deyə xəbərdə vurğulanır.

Alyansın bağlanmasını Məmmədovların maliyyə problemləri ilə izah etmələri əslində anlaşılandır. Çünki təşkilatın iqtidarın etimadını itirməsi səbəbindən bağlanmasını elan etmək Məmmədovlara daha ciddi zərbə olardı. Bu səbəbdən də “təşkilatdakı maliyyə problemi” dünyanı bürüyən qlobal iqtisadi böhran fonunda inandırıcı görünür. Alyansın maliyyə problemi səbəbindən buraxılması həm də ona mesaj ola bilər ki, qurumun maliyyələşməsində dövlət iştirak etməyib və “maliyyə xəyanəti” söz-söhbətləri əsassızdır. Qeyd edək ki, alyansın yarandığı  dövrdə  maliyyə məsələlərinin hakimiyyətdə geniş maddi sərvətlərə sahiblənmiş Məmmədovların üzərində olduğu yeni xəbər deyil. Amma bu, heç də o demək deyil ki, bu pullar Məmmədovların öz şəxsi büdcəsindən xərclənib və iqtidar bunun hesabını aparmayıb. Alyansın məhz pul krizisi səbəbindən bağlanması real deyil və Məmmədovlar okeanın o tayında buna heç vaxt özbaşına qərar verə bilməzdilər. 



O da mümkündür ki, Məmmədovlar bu izahatla həm də deyildikləri qədər varlı olmadıqları rəyi yaratmağa çalışıblar. Çünki bugünlərdə Amerikanın “Mother Jones” online jurnalı “Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırma yazısında nazir oğlunun sərvəti barədə də yazmışdı. Məqalədə bildirilirdi ki, Anar Məmmədovun rəhbərlik etdiyi “Garant Holdinq”in dəyəri 1 milyard dollardan çoxdur və o, “Tramp Hotel” brendi üçün ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donald Trampa 2.5 milyon dollar ödəyib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar