Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Andrey Karaulov Telman İsmayılovu xilas edə biləcəkmi?


Bu gün rusiyalı aradırmaçı jurnalist Andrey Karaulov azərbaycanlı oliqax-keçmiş milyarder Telman İsmayılovun borcları və onun müflis elan edilməsi ətrafında apardığı araşdırmanın ikinci hissəsini yayacaq


Virtualaz.org xəbər verir ki, bu barədə Karaulovun “Moment istinı” (“Həqiqət anı”) müəllif proqramının saytında anons verilib. Karaulovun T.İsmayılovun müdafiəsinə yönəlmiş “Ov” sənədli filinin birinci hissəsi bir neçə həftə əvvəl efirə getmişdi. İndi o, “Ov-2”nin anonsunu verib.

Anonsda deyilir ki, “sensasion” sənədli filmdə Telman İsmayılovun biznesinin “VTB Bank” tərəfindən “misli görünməmiş şəkildə reyder üsulu ilə ələ keçirilməsindən” bəhs ediləcək.



Andrey Karaulov

“Biz bu unikal əhvalatın yeni təfərrüatları barədə danışacağıq, ölkənin iri və hörmətli bankının necə ölkənin baş reyderinə çevrilməsindən bəhs edəcəyik. Bizim birinci araşdırmamız bankın rəhbərliyi tərəfindən birmənalı qarşılanmadı, indi Telman İsmayılovun şirkətlər qrupunu yeni cinayət işləri ilə hədələyirlər. Bu bespredeldə VTB-nin idarə heyətinin sədri Kostin Andrey Leonoviç hansı rol oynayır?”-Karaulovun anonsunda bildirilir.



VTB-Bankın rəhbəri Andrey Kostin

Xatırladaq ki, bir neçə gün əvvəl məhkəmə Telman İsmayılovun müflis elan edilməsi barədə qərar çıxarıb. Nəticədə onun milyardlarla dollarlıq kredit borcuna görə banklarda girov qoyulan əmlakının hərrac yolu ilə satılmasının yolu açılıb. T.İsmayılovun o cümlədən VTB Bank-a yüz milyonlarla dollar kredit borcu var. Onun bankla kreditlərin ödənilməsinin vaxtının uzadılması barədə danışıqları nəticəsiz qalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar