Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara Bakıya ən dağıdıcı raket sistemini verir - Kritik gəlişmə


24“Türkiyə Azərbaycan ordusunun hazırlığı üzrə 19 proqramda fəal şəkildə iştirak edir, ildə iki dəfə Türkiyə hərbi komandanlığına bu barədə məruzə edilir…”


İşğalçı Ermənistan kövrək sülh danışıqlarını da sabotaj eləməyə başlayıb.

 İrəvanda 3 gün öncə Rusiya ilə birgə düzənlənən şərikli hərbi parad, habelə işğal altındakı Ağdam rayonunda başlanan hərbi təlim öncəliklə bu qənaəti formalaşdırır. Növbəti dəfə əminlik hasil olur ki, düşmən tərəf Azərbaycandan daha güclü hərbi zərbə yeməyincə Qarabağ danışıqlarında konstruktiv mövqe tutmayacaq.

Lakin ermənilərin parad və hərbi təlimlərdən eyforiya keçirməsinə ciddi əsas da yoxdur – İrəvandakı paradda Rusiyanın icazəsi ilə “İsgəndər-M” raket kompleksləri nümayiş etdirilsə belə. Çünki Azərbaycan da əsla sakit oturmayıb və düşmənin təhrikçi hərəkətlərinin qarşısında zəruri addımlar atır. Özü də diqqətçəkicidir ki, bu addımlar çoxşaxəli və düşmənin təlaşını artıran addımlardır.

Ondan başlayaq ki, sentyabrın 21-də – İrəvanda parad keçirilən gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatının təqdimatı olub. Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak edib. 
Eyni gündə, yenə məhz İrəvandakı hərbi paraddan cəmi bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi xidməti müşavirəyə toplaşıb. Nazirlikdən yayılmış qısa rəsmi məlumatda deyilir ki, müşavirə Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında keçirilib və orada “regiondakı son hərbi-siyasi vəziyyət” təhlil edilib. Verilən açıqlamaya görə, müşavirədə “əsas istiqamətlər üzrə kəşfiyyatın bütün növlərinin gücləndirilməsi, düşmən ərazisindəki yeni hədəflərin aşkar olunması, onların əhəmiyyətinin qiymətləndirilməsi və məhvetmə ardıcıllığının müəyyən edilməsi xüsusi diqqət mərkəzində olub”.

Siyasi müşahidəçilərə görə, toplantı məhz Ermənistanın son təxribatçı hərəkətlərinə, daha dəqiqi, yeni situasiyaya uyğun Bakının öz çevik addımlarını müəyyən etməklə bağlı olub. Yəni söhbət təkcə işğal altındakı Azərbaycan ərazilərində deyil, bundan sonra Ermənistandakı yeni hədəflərdən və bu hədəflərin koordinatlarını müəyyən etmək üçün kəşfiyyatın dərinləşdirilməsindən gedir. 

“Bu yeni hədəflər nədən ibarət ola bilər? Təxmin etmək çətin deyil ki, Ermənistan ərazisindəki strateji və hərbi obyektlər, o cümlədən ”İsgəndər” raketlərinin dislokasiya bazası  bundan sonra Azərbaycan ordusunun raket qüvvələrinin hədəfində olacaq” - virtualaz.org saytı öz şərhində qeyd edir.
Müşavirədə habelə müdafiə naziri ölkəmiz üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki (!) strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaq üçün müvafiq əmrlər verib. Nazir xüsusi vurğulayıb ki, Silahlı Qüvvələrimizin sərəncamındakı raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir.

Yəni nazirin əmri o anlama gəlir ki, bundan sonra nəinki Qarabağdakı erməni qüvvələrinin baza və obyektləri, həmçinin bütün Ermənistan ərazisindəki strateji və hərbi təyinatlı obyektlər Azərbaycan kəşfiyyatının diqqət mərkəzində olacaq, raketlər bu obyektlərə tuşlanacaq. Bunu Dağlıq Qarabağ ətrafında yaranan yeni hərbi-siyasi durumun diktəsindən dolayı rəsmi Bakının Qarabağla bağlı hərbi taktikasına düzəlişi kimi də qəbul eləmək olar.

Erməni tərəfinin son hərbi təhriklərinə üçüncü sanballı cavab sentyabrın 27-də Azərbaycan paytaxtında keçiriləcək «ADEX-2016» müdafiə sənayesi sərgisi olacaq. Xəbər verildiyi kimi, sərgidə İsrailin hərbi sənaye şirkəti “Aeronautics”  ilk dəfə döyüş başlığı daşıyan iki yeni taktiki pilotsuz uçan aparatı təqdim edəcək. Bunlar “Orbiter 4″ taktiki pilotsuz uçan aparatı və ”Orbiter 1K” mini pilotsuz aparatıdır. Ermənilər aprel döyüşlərində İsrail istehsalı olan silahların şokundan ayılmamış Azərbaycanın yeni silahlara sahiblənməsi təbii ki, düşməni çətin vəziyyətdə qoyacaq.

Nəhayət, İrəvandakı parad ərəfəsində xəbər yayıldı ki, Azərbaycan Türkiyədən regionun ən dağıdıcı raket sistemi sayılan “Qasırğa T-300″ raket sistemlə almağa başlayıb. Onların sayı 19 vahiddir və ilin sonunadək Azərbaycana çatdırılacaq. Hərbi ekspertlərə görə, söhbət ən müasir, son nəsil artilleriya-raket qoşunlarının arsenalında olan sistemlərdən gedir. ”Qasırğa T-300″ canlı qüvvə və texnikanı sıradan çıxartmaq üçün ən müasir silah sistemləri sayılır” - ekspert Üzeyir Cəfərov bildirib.
Düşməni ən çox narahat edən amillərdən biri də məhz son illər iki qardaş ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın dərinləşməsi, ortaq təlimlərin intensivləşməsiidr. Unutmayaq ki, Türkiyə hazırda dünyada ən çox silah ixrac edən dövlətlərdən birinə çevrilib. Lakin Rusiyadan savayı heç bir dövlətdən silah-sursat almaq imkanında olmayan İrəvanın təlaşı təkcə bununla bağlı deyil.

“Hazırda Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin hazırlığı üzrə 19 proqramda fəal iştirak edir. Bura həmçinin, ordu növlərinin hazırlığı, qərargah işləri, yeni hərbi texnikanın mənimsənilməsi, müxtəlif formatlı hərbi manevrlərin keçirilməsi, sərhəd xidməti hazırlığı, hərbi-tədris proqramları daxildir. Bu proqramların hər mərhələsinin yerinə yetirilməsindən sonra Türkiyənin müdafiə nazirinin müavini, bir qayda olaraq, ildə iki dəfə öz ölkəsinin hərbi komandanlığına məruzə edir. Əgər əvvəllər Türkiyə hərbi mütəxəssislərinin Azərbaycan Silahlı Qüvvələrinin korpuslar səviyyəsində fəaliyyət praktikası var idisə – hansıların sayı ki, qərargahlardakı təlimatçılarla birgə 78 nəfər təşkil edirdi, – bu gün təlimatçılar artıq alaylar səviyyəsində bölüşdürülüb və onların sayı 230 nəfərdir”.

Bu həyəcanlı, eyni zamanda sensasion xarakterli iddia tanınmış erməni siyasi ekspertlərindən sayılan İqor Muradyanın Bakı və Ankara arasında müttəfiqliyin indiki səviyyəsinə həsr elədiyi dünənki şərhində yer alıb. Nə əlavə eləmək qalır? Əlbəttə ki, düşmən tərəfin təlaşı haqlıdır. Ən əsası, bu təlaş gündən-günə artacaq, əgər Ermənistan öz ağlını başına yığıb, torpaqlarımızı qeyd-şərtsiz azad eləməyə başlamasa. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar