Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankarada Ali Hərbi Şuranın iclası başa çatdı


İyulun 28-də Türkiyənin baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada, Çankaya sarayında keçirilən Ali Hərbi Şuranın iclası başa çatıb


Anadolu Agentliyi xəbər verir ki, təxminən 5 saat davam edən iclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri İşıq və digər güc strukturlarının komandanları iştirak ediblər.

İclasdan sonra baş nazir toplantıda verilən qərarları prezident Ərdoğana çatdırmaq üçün Prezidentin iqamətgahına gedib.

Türkiyə vaxtı ilə saat 20-də (Bakı vaxtı ilə 21-də) prezident Rəcəb Tayyib Ərdoğanın adından Şura üzvlərinin şərəfinə Prezident sarayında ziyafət veriləcək.

Şuranın iclasında qəbul olunan qərarların dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təsdiq etməsindən sonra ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.

***
Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi ilə Çankaya köşkündə Yüksək Hərbi Şuranın toplantısı başlayıb.

Lent.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, əvvəllər Baş Qərargahda keçirilən Yüksək Hərbi Şura ilk dəfə qərargah xaricində keçirilir.

Toplantı salonunun qarşısında isə əvvəlki illərdən fərqli olaraq əsgərlər deyil, mülki mühafizə əməkdaşları yer alıb.

İclasın əsas mövzusu hərbi çevrilişə cəhd və hərbi strukturlarda islahatlardır. Çevrilişə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrindən xaric edilən yüksək rütbəli hərbçilərin yerinə yeni təyinatların olacağı da gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar