Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anlaşmanı tənqid edən Ərdoğan Putinin sarayında bu razılaşmanı təqdir etdi

Çox müzakirə edilən Ərdoğan Putin görüşü gözlənildiyi kimi baş tutmadı


Azərbaycan ictimaəti bu görüşə böyük ümidlərlə baxsa da, hər şey gözlənilənin əksinə oldu.

Ərdoğan Putin görüşü və nəticələrini politloq Adıgözəl Məmmədov "Ölkə.Az"a şərh edib:

Son vaxtlar həm Azərbaycan mətbuatında, həm də Türkiyə mətbuatında 13 noyabr 2017-ci il Rusiyanın Soçi şəhərində Putinlə Türkiyə prezidenti başkanı Ərdoğanla görüşünə xüsusi diqqət verilirdi və bu barədə ekspertlərin fikirləri və rəyləri göstərilirdi. Bəzi ekspertlər hesab edirdilər ki, bu görüş zamanı Dağlıq Qarabağ məsələsinə toxunulacaqdır və ümumi regionda baş verən proseslər kontekstində Rusiya siyasi rəhbərliyi ilə Türkiyə dövlət başçısı ümumi konsensusa gələcəklər və bu səpkidə Dağlıq Qarabağ məsələsinin həlli yollarında ciddi məsafə qət ediləcəkdir. Hətta bəzi ekspertlər iddia edirdilər ki, onların əldə etdiyi məlumatlara görə müzakirə predmeti işğal olunmuş Azərbaycan ərazilərinin, daha doğrusu 5 rayonun qaytarılması istiqamətində baş tutacaqdır. Əlbətdəki, sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşının ən böyük arzusu işğal olunmuş ərazilərimizin geri qaytarılmasıdır. Amma bir çox hallarda da Azərbaycan ekspertləri bu duyğular içərisində reallıqlarla uzlaşmayan fikirlər səsləndirirlər. Əslində bu baxışın formalaşmasında bizim ekspertlərimizin heç bir günahı yoxdur, çünki onların bir çoxu vətən maraqları ilə dünyada baş verən prosesləri təhlil edirlər. Bu təqdirəlayiq haldır. Ancaq elə reallıqlar vardır ki, bu faktorları da biz gözardı etməməliyik və bu reallıqları soyuq məntiqlə qəbul etməliyik".

Bu məsələdə əsas diqqət çəkilən məqamın Türkiyə və regionun real mövcud vəziyyəti olduğunu dilə gətirən politoloq, fikrini bu şəkildə əsaslandırıb:

"Bu soyuq məntiqin bariz nümunələrindən biri Azərbaycanımızın strateji partnyoru sayılan Türkiyənin və regionun real mövcud vəziyyətidir. Bu gün Suriyada, İraqda və Səudiyyə Ərəbistanda baş verən hadisələr istər-istəməz bütün region dövlətlərinə təsirsiz ötüşməməkdədir. İllər öncə İraqda Səddama qarşı ABŞ-ın hərbi müdaxiləsi baş verməmişdən öncə Vaşinqton öz NATO müttəfiqinə, yəni Türkiyəyə müraciət edərək türk ordusu ilə bərabər hərəkət edərək Səddam İraqına şimaldan daxil olmasını xahiş etdi. 2003-cü ilin fevralından ABŞ türk ordusu ilə müştərək İraq əməliyyatında iştirak etmək üçün öz qoşunlarının bir hissəsini də Türkiyədə cəmləşdirirdi. İraqa iki istiqamətdən hücum planlaşdırılmışdı. Bəsrə körfəzindən və Türkiyə ərazisindən. Bir çox ərəb dövlətləri ABŞ-ın İraqa müdaxilə etməsinə qarşı çıxırdı və bunlarında başında Səudiyyə Ərəbistan gəlirdi. Bu dövrdə artıq Türkiyənin siyasi həyatında və hökumət başında Ədalət və Qalxınma partiyası vardı. O dövrün Türkiyə Xarici işlər naziri və Səudiyyə Ərəbistanda uzun müddət səfir işləmiş Yaşar Yakışın birdən-birə Türkiyənin İraqa qarşı kompaniyada ABŞ-la birgə iştirakı  barədə olduqca çoxlu sualların yarandığı barədə fikirləri Vaşinqtonda ciddi çaşqınlığ yaratmışdı. Türkiyə Böyük millət məclisində daha çox səs çoxluğu qazanmış AKP-nin birbaşa təbliği və təşkilatçılığı ilə türk ordusuna parlamentdə yetki hüququ verilmədi və həmçinin də türk sərhədlərindən Şimali İraqa ABŞ silahlı qüvvələrinin quru qoşunlarının keçməsinə qadağa qoyuldu. Baxmayaraq ki, türk ordusunun içərisindəki nüfuzlu paşalar AKP yetkilərini inandırmağa çalışırdılar ki, belə bir  əməliyyatda türk ordusunun iştirakı olduqca strateji əhəmiyyət daşıyır. Bu strategiyanın altında Səddam Hüseyn devrildikdən sonra İraqın 3 kontona bölünməsi barədə planlar vardı və bu planlara uyğun olaraq PKK-nın Kandil dağlarında kökünü kəsmək üçün Şimali İraqda türk ordusunun yerləşəcəyi bufer zona yaradılmalı idi, yəni bugünki kimi Bərzani və Tələbani əşirətləri gündəmdə olmayacaqdı. Həmçinin Şimali İraqda Türkiyənin hərbi bazası açılmalı idi. Artıq türk paşaları ilə NATO generalları arasında bu alış-veriş aparılmışdı, lakin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında olan Ədalət və Qalxınma partiyasının yetkilləri müsəlman həmrəyliyi romantizmi altında türk ordusunun regionda aparıcı qüvvələrdən biri olmasının qarşısı aldılar. Məhz bu dövrdən NATO ittifaqı və xüsusən də Türkiyə - ABŞ əlaqələri böyük zədə almağa başladı. İstər ABŞ, istər İsrail regionda yeni müttəfiqlər arayışına çıxdı. Əlbətdəki, regionda sünni birliyini qırmaq üçün şiə ərəblərinə üstünlük verildi, lakin bu da İranın gücünü artırırdı. Çarəsiz qalmış ABŞ strateqləri dağınıq kürd əşirətlərini bir yerə yığaraq ordu qurmağa çalışdı. Nəticədə regionda balanslaşdırılmış təzyiq vasitəsi kimi Kürd dövlətini inşa etmə planı işə düşdü və elə bir mənzərə yaranırdı ki, yaranacaq Kürd dövləti, bu dövləti istəməyən ölkələrlə əhatə olunurdu.

Onda məsələyə bu dövlətin ayaq üstə dayanması üçün iqtisadi səmərəlilik layihəsini əlavə etdilər. Yeni xəritələr çəkilməyə başladı. Bunların başında Petersin xəritəsinə daha üstünlük verilirdi və belə düşünülürdü ki, Mosul və Kərkük neft yataqları ilə zəngin ərazilər də inşa ediləcək Kürdüstan dövlətinin dənizə çıxışı təmin edilməli idi. Bu  çıxışda Suriyanın Şimalı vasitəsilə Aralıq dənizinə olmalı idi. Bu dövlətin ayaq üstə durması üçün dənizə çıxışı mütləq və vacib idi.  Çıxışın təmin edilməsi ilə Kərkük yumurtalıq neft kəməri əvəzinə Kərkük,ə və  Mosuldan Aralıq dənizi sahillərinə neft və qaz kəmərləri çəkilməli idi. Beləliklə, həm Türkiyəni, həm də Ərəb ölkəsini bloklaşdıraraq regionda yeni bir dövlət yaradılırdı və nəzərdə tutulurdu ki, körfəz ölkələrində gələcəkdə karbohidrat ixracını Bəsrə körfəzi üzərindən bu kəmərə qoşuraq da həyata keçirmək olacaq.  ABŞ-ın strateji məqsədlərindəndə biri regionu nəzəratdə saxlamaq üçün yaradılacaq Kürdüstan ərazisində yeni, böyük hərbi bazasını inşa etmək əsas planlarından biri idi. Hətta düşünülürdü ki, Türkiyədəki İncillik hərbi bazasının yeni yaradılacaq Zaxo bazasına köçürülsün. Bu zaman Türkiyə siyasi rəhbərliyi regionda aktivləşən və Avropadan dışlanan Rusiya ilə əməkdaşlıq etmək barədə ümumi bir razılığa gəlirlər. Rusiya öz karbohidrat ixracatını Şərqi Avropa dövlətləri üzərindən Almaniyaya, Fransaya və İtaliyaya edirdi. Amma bu təhlükəsiz ixracat deyildi, çünki istənilən an Şərqi Avropa siyasi hakimiyyətinə gələn anti-rusiya qüvvələri bu kəmərlərin təhlükəsizliyinə təminat vermirdilər. Belə bir məqamda taleh yenidən Rusiya ilə Türkiyəni yaxınlaşdırırdı. Türkiyə tərəfi türk axını lahiyəsu ilə Rusiya siyasi rəhbərliyinə müraciət etdi. Amma NATO üzvü olan Türkiyə Vaşinqtonun təkidilə yenidən Suriya avanturasına məcburi qoşulurdu. Sanki ABŞ NATO ittifaqı adı altında  Türkiyənin əli ilə strateji məqsədləri üçün nəzərdə tutduğu Kürdüstan dövlətinin dənizə çıxışını təmin edirdi".
Bütün bunların məqsədli şəkildə edildiyini deyən politloq qeyd edir ki, Türkiyə elə bir oyuna gətirilmişdi ki, səhərdən axşamacan Bəşər Əsədi tənqid edən Ərdoğan Suriya cəbhəsində Rusiya ilə üz-üzə  qalmışdı:

"İŞİD-lə mübarizə aktivləşdirildikdən sonra Türkiyə tərəfi birdə onda ayıldı ki, Orta Şərq coğrafiyasında ona heç bir rol ayrılmayıb. ABŞ isə həm Suriyada,  həm İraqda kürd əşirətləri ilə əməkdaşlıq edirdi. Rusiya isə Bəşir Əsəd rejiminin dəvəti ilə Suriya cəbhəsində birbaşa yer almışdı. Çox zəif silahlandırılmış İraqSuriya  türkmənlərin bir hissəsi isə İran təbəli Süleyman Kasiminin hizbi şayib dəstələrinə qoşulmuşdu. Azad Suriya ordusu isə döyüş qabiliyyətini itirmiş amorf bir quruma çevrilmişdi. Belə bir məqamda da Rusiya hərbi təyyarəsinin Türkiyə silahlı qüvvələri tərəfindən düşürülməsi bununla da Rusiya ilə münasibətləri pozulan Türkiyənin meydanda tək buraxılmışdı.

Bu gün bunu Fətullah Gülən dəstəsinin, ordunun içinə soxulmuş üzvlərinin törəddiyini desələrdə əslində isə bu hadisə hesablanmamış, sonu bilinməyən,gücünü aşan, hırsla verilən qərar idi. Bu baxımdan Türkiyə siyasi rəhbərliyi çox acınacaqlı vəziyyətlə rastlaşmışdı və bu qərarın fəsadların yaşamağa başlanılmışdı. Belə bir vəziyyətdə NATO-da  Türkiyəni meydanda tək buraxmışdı və faktiki olaraq müdafiə etmirdi. Rəcəb Tayyib Ərdoğan  qarşı hazırlanmış qara piyarlar siyasi gündəmə gəlirdi. ABŞ-da İran əsilli Rza Zərrabdan Ərdoğana qarşı ifadələr alınmağa başlanıldı. Faktiki olaraq Rəcəb Tayyib Ərdoğanın ABŞ tərəfindən xərclənməsi prosesinə start verilmişdi. Türkiyədə ictimai fikrin Ərdoğana qarşı çevrilməsi üçün daxildəki qüvvələrdən istifadə edilərək ciddi iş aparılırdı. Suriya cəbhəsindəki Türkiyənin zəifliyi ordu içərisində narahatçılıq yaradırdı. Pentaqonla sıx əlaqədə olan türk paşalarına Ərdoğandan qurtulma işarələri verilirdi. Bax, bu qarışıq dövrdə İraqın və Suriyanın demək olar ki, şimal hissəsi ABŞ dəstəkli kürd əşirətlərinin əlinə keçirdi. Faktiki olaraq strateji cəhətdən yaradılması nəzərdə tutulan Kürd dövlətinin dənizə çıxışı təmin edilirdi. Qorxunc vəziyyət yaranmışdı. Ordu içərisindəki müəyyən qüvvələr Ərdoğandan qurtulmaq barədə müəyyən ümumi fikrə gəlməyə başlamışdılar. Ordu içərisində olan bu qaynaşmadan Ərdoğanın da xəbəri vardı. O, bəzi paşalara müəyyən zaman içərisində, vəziyyətin dəyişəcəyi barədə əminliklə danışırdı, çünki Putinin yaxın çevrəsindən müəyyən məlumatlar alınırdı.  Moskva heç də ABŞ-ın istədiyi Kürd dövlətinin yaranmasının tərəfdarı deyildi, çünki Avropaya daha az məsrəfli yeni neft və qaz ixracının "kürd" dəhlizi ilə həyata keçirilməsinin Rusiya iqtisadiyyatına böyük zərbə olacağını anlayırdı. Həmçinin geopolitik baxımından bu coğrafiyada bu faktor Rusiyanın təsir imkanlarını məhdudlaşdırırdı. ABŞ-ın təhriki ilə sonradan bu neft və qaz kəmərinə qoşulacaq körfəz dövlətləri Dəməşq və onun çevrəsinə sıxılmış Suriya rejiminin yaşanmasına imkan verməyəcəkdi. Faktiki olaraq Orta Şərq ABŞ -ın başçılığı altında Rusiyanın regiondan çıxarılması üçün birləşəcəkdi. Türkiyənin də daxili separatizmlə mübarizə aparmaq üçün başı özünə qarışacaqdı. Rusiya Türkiyə yaxınlaşması həm Rusiyaya, həm Türkiyəyə lazım idi.  Amma münasibətlərin yenidən bərpası Ərdoğan üçün xilas kimi görünürdü. Dünənə qədər təlatümlü çıxışlarla Təhrir meydanına müraciət edən, müsəlman dünyasına lider kimi görünən Rəcəb Tayyib Ərdoğan Putindən üzr istəmək üçün mümkün variantlar axtarırdı. Ən nəhayətdə üzr  istənilənildi, münasibətlər bərpa oldu. Amma Putinin Ərdoğanla bağlı yeni baxış bucağı formalaşmışdı".

15 temmuzda bir qrup paşaların uğursuz çevriliş cəhdinin  ABŞ-ın Ərdoğandan təmamilə əlini üzdüyü reallığını gündəmə gətirirdiyini bildirən Adıgözəl Məmmədov bildirib ki, bu Vaşinqtonun Ərdoğanla işləmək istəməməsi demək idi:

Vaşinqton üçün Ərdoğan mövzusu bağlanıb. Bunu gözəl bilən Putin Rusiyaya lazım olan siyasi gedişi Türkiyə vasitəsi ilə oynamağa başladı. Astana görüşlərində əldə edilmiş razılığa görə "kürd zolağının" Ağ dənizə çıxışını bağlamaq üçün Türk ordusuna 2 kanton ərazi ayrıldı. Firat və İdlib və bu 2 kanton faktiki olarağ "kürd zolağının" Ağ dənizə çıxışının qarşısını alırdı. Ancaq, 2 kanton arasında (Firat və İdlib) Afrində kürd əşirətlərinin varlığını qoruyaraq Rusiya öz hərbi reallığını  sürdürməyə başladı və Ankaraya mesaj verildi ki,  bu çərçivədən kənara çıxa bilməzsən. Bununlada Rusiya bütün regionu nəzarətdə saxlamaq üçün kürdlərlə də əməkdaşlıq etməyə başladı.  Rusiya bu gün həm Dəməşq rejimi ilə, həm sünni ərəblərlə, həm də şiə ərəblərlə, həm İranla, həm də körfəz ölkələri ilə qarşılıqlı mənfəətlər içərisində siyasət yeritmək yetənəyinə malikdir. Ərdoğanla Soçi görüşü önü Putinin Trampla regionun taleyi barədə ümumi bir rəyə gəlmələri bu Rusiyanın tam qələbəsi idi, çünki Vaşinqton Orta Şərqdə İsrail və kürdlərə sığınaraq hərəkət edirsə Rusiya Orta Şərqin bütün xətləri və bütün dövlətləri ilə əməkdaşlıq edərək hərəkət edir. Təsadüfi deyildir ki, Ərdoğan Putin görüşməsi zamanı Putinin Ərdoğana xitabən Suriyada siyasi çözümlərə başlanılması barədə "Mən İran siyasi rəhbərliyi və  ABŞ prezidenti ilə  görüşərək Suriyanın siyasi çözümü barədə razılığa gəldik deməsi" Ərdoğanı çox pis vəziyyətdə qoyurdu. Bu Putin tərəfindən Ərdoğana qarşı şah və mat gedişi idi, yəni mənim dediyim çərçivələrdən kənara çıxa bilməzsən. Çıxsan bütün dünyanı qarşına alarsan. Bununlada biz çox maraqlı bir siyasi gedişin şahidi olduq. Rusiya ABŞ-ın Orta Şərqdəki oynunu pozmaq üçün Türkiyə,  İraq, İranRusiya dördlüyünü yaratdı, istədiyini aldı, tərəfdaşlarına Moskvaya sərf edən  ərazi paylarını verdi və bu paydan artıq pay almaq istəyən Ərdoğan üçün  yeni bir düstur hazırlayaraq ABŞ-la yaxınlaşdı və  yenə də qalib çıxdı. Bu demək idi ki, ya mənimlə münasibətləri pozub təklənəcəksən, ya da mənim çəkdiyim çərçivədə hərəkət edəcəksən. Təsadüfi deyildir ki,  Soçi görüşünə getməzdən öncə ABŞ-Rusiya razılaşmasını tənqid edən Ərdoğan Soçidə Putinin sarayında bu razılaşmanı təqdir etdi".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar