Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antiterror mərkəzinin rəisi işdən çıxarıldı!- General Elçin Quliyev həbsdən yayındırıldı?!

MTN-in Antiterror Mərkəsinin rəisi, general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunub


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əmri ilə Antiterror Mərkəsinin rəisi, general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin edilib.

Bununla da, MTN-də əməliyyat, işdənçıxarma və həbslərin aparıldığı əsas 3 idarədən sonuncunun da rəisi işdən çıxarılmış olub.

Xatırladaq ki, oktyabrın 17-dən MTN-də başlayan əməliyyat, işdənçıxarmalar və həbslər əsəsən üç idarəni – Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsini, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsini və Antiterror Mərkəzini əhatə edib. Bu idarələrdən ilk ikisinin rəisləri general-mayor Akif Çovdarov və general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və hər ikisi həbs olunub. Üçüncü idarənin – Antiterror Mərkəzininin rəisi isə müəmmalı şəkildə vəzifəsində qalmaqda davam edirdi. Mərkəzin rəis müavini İlqar Quliyev və digər əməkdaşlarına qarşı ağır cinayət ittihamları irəli sürüldüyü halda, Elçin Quliyevin vəzifəsində qalması anlaşılmaz idi. Bu barədə “AzPolitika”da bir neçə gün əvvəl dərc olunan “MTN-in Hilal Əsədov və Elçin Quliyev sirri” adlı yazıda ətraflı danışılmışdı. Nəhayət, E.Quliyev vəzifəsindən uzaqlaşdırılsa da, belə görünür ki, hansısa qüvvə onu məsuliyyətdən kənarda saxlamağa nail olub. Hər halda onun MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin edilməsi belə düşünməyə əsas verir.

Qeyd edək ki, Antiterror Mərkəzinin keçmiş rəisi müstəqil Azərbaycanın xüsusi xidmət orqanında fəaliyyətə MTN-in N saylı rabitə hərbi hissəsində başlayıb. Sovetlərin dağılmasından sonra bu hərbi hissə uzun müddət Rusiya kəşfiyyatının nəzarəti altında qalmaqda davam edib. Sonrakı illərdə E.Quliyev vəzifə pillələrində sürətlə irəliləməyə başlayıb. Rabitə hərbi hissəsindən MTN-ə keçib, nə qədər qəribə olsa da, nazirliyin Rusiya istiqaməti üzrə fəaliyyət göstərən strukturunun əməkdaşı, nazir müavini Tofiq Babayevin köməkçisi olub. Eldar Mahmudov MTN-ə gələndən sonra isə karyerasında sıçrayış baş verib – əvvəlcə idarə rəisinin müavini, idarə rəisi, nəhayət Baş İdarə rəisi, Antiterror Mərkəzinin rəhbəri təyin olunub və general rütbəsi alıb. Məlumata görə, MTN-dəki peşəkarlar Elçin Quliyevə hər zaman şübhə ilə yanaşıblar…

Antiterror Mərkəzinin hazırda həbsdə olan keçmiş rəis müavini İlqar Əliyevlə birlikdə Elçin Quliyevin adı bir sıra cinayətlərdə hallanıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən ilin sentyabrında MTN tərəfindən sifarişlə həbs olunan, həbsdə olmazın işgəncələr görən və Eldar Mahmudovun vəzifədən çıxarılmasından cəmi 2 gün sonra azadlığa çıxan Əmlak Komitəsinin keçmiş əməkdaşı Mətləb Mustafayev qanunsuz həbsinə və MTN polkovniki olar qardaşının intiharına görə həm də Elçin Quliyevi ittiham edir.

Bir neçə gün əvvəl isə saytlara Elçin Quliyevin xaricdə qızlarla çəkdirdiyi fotoları buraxılmışdı…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar