Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aparıcı ANS-dən getmə xəbərindən danışdı - “Reytinqə görə, şpaqat...“

Aparıcı İlhamiyyə Rza ANS telekanalından ayrılmasının səbəblərini açıqlayıb


Lent.az-ın məlumatına görə, o, xeber365.com-a müsahibəsində gedişini telekanalın reytinq tələbi ilə əlaqələndirib:

"Reytinq tələb edilir və buna görə də mən ANS-i tərk edirəm. Verilişin reytinqi heç də aşağı deyildi. Bütövlükdə kanalın reytinqi düşəndə avtomatik bütün verilişlərin reytinqi düşür. Mən düşünmüşdüm ki, reytinq bəhanə və meyarları ilə yanaşılmayacaqsa, mən burda işləyə bilərəm. Və bu barədə mənə zəmanət verildi. Əslində özüm də bilirdim ki, ictimai-siyasi məzmunlu verilişin taleyini reytinqlə həll etmək düzgün deyil. Amma zamanla məlum oldu ki, ANS bu formatda çox davam edə bilməyəcək. Reklamlar azalır, şirkətin pul qazanmaq imkanları azalır və sairə. Ümumiyyətlə, reytinq və kommersiya fəaliyyətini yalnız o zaman “iqnor” etmək olar ki, sən bütün hallarda dövlət dotasiyasındasan maliyyələşirsən. Belə deyilsə, kommersiya qaydalarına tabe olmalısan.
 
Bütün hallarda bu, ANS-in özünün həll etməli olduğu məsələdir. Mənə ancaq dolayısı ilə aid ola bilər. Belə ki, burda məndən reytinq tələb etməsi ANS-dən getməyimə səbəb oldu. Düzü, mənə “get” deyən olmadı, sadəcə mənə reytinqin aşağı olmasını deyəndə, mən də onların başqa aparıcılar aramaqda sərbəst olmalarını bildirdim, özüm də namizəd kimi Tofiq Abbasovun da adını çəkdim. Onun peşəkarlığına şübhəm yoxdur. Amma bilmirəm, reytinq gətirəcək ya yox. Çünki nə o, nə də mən reytinq naminə şpaqat açmayan jurnalistlərdənik. Bütün hallarda mən layihəyə də, ANS-ə də uğurlar arzu edirəm. Necə deyərlər yola davam. Başqa televiziya layihələrində yenidən çalışmağım istisna deyil". 

Qeyd edək ki, İ.Rza növbəti aydan etibarən “Nəzər nöqtəsi” verilişinə aparıcılıq etməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar