Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aprel döyüşlərində 17 məcburi köçkün şəhid olub - Əli Həsənov


Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın müraciəti əsasında onunla görüşüb


Robert Sekuta aprel hadisələrindən sonra Yevlax, Bərdə, GoranboyTərtər rayonlarına səfər etdiyini, orada məskunlaşan məcburi köçkünlərlə görüşdüyünü, insanların öz doğma torpaqlarına qayıtmağın şahidi olduğunun, Bərdə rayonu Yenidaşkənd ərazisində həyata keçirilən su təchizatı layihəsi ilə maraqlandığını bildirmiş və təmas xəttində baş verən son hadisələrin yenidən təkrarlanmaması üçün öz səylərini gücləndirdiklrini diqqətə çatdırıb.
 
Aprel ayında baş vermiş hadisələrindən sonra Füzuli, AğdamTərtər rayonlarına səfəri haqqında məlumat verən Baş nazirin müavini diqqətə çatdırıb ki, ermənilərin Ağdam, TərtərAğcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq yerli əhali kimi məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir.  Ermənilərin təxribatçı hücumları nəticəsində zərərçəkmiş bütün evlər Azərbaycan prezidentinin tapşırığı ilə əvvəlkindən də yaxşı səviyyədə bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq. Bundan başqa məcburi köçkünlərə dəymiş maddi ziyan hamısı hesablanıbdır. Onların hər birinə bankda hesab açılıb və bu vəsait onların şəxsi hesabına köçürülüb.
 
"Ermənilər dərk etməlidirlər ki, sülhə gəlməkdən başqa yol yoxdur" deyən Ə. Həsənov qeyd edib ki, bunu erməni xalqı bilir, ancaq hakimiyyətdə olan faşist rejimi bunu istəmir, çünki onlar bu problemin üstündə hakimiyyətə gəliblər: "Bəzən ATƏT-in Minsk Qurupunun həmsədirləri deyirlər ki, bu xalqların yenidən qonşuluqda yaşamaları üçün qarşılıqlı etimad lazımdır. Ancaq onlar bilməlidilər ki, bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdır. ATƏT-in Minsk Qurupu xalqlar arasında sorğu aparsalar onda onlar reallığı görərlər. Burada zərər çəkən xalqdır. Ancaq xalq qalıb kənarda. Erməni xalqı da bu problemin həll olunmasını çoxdan istəyir. Heç olmasa bu ölkənin faşist prezidenti öz xalqını fikirləşsin. 20 ildir Sarkisyan öz xalqına nə verib? Hər dəfə daxildə gərginlik yarananda Sarkisyan rejimi atəşkəsi pozur və xalqın fikrini yayındırır".(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar