Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aprel döyüşlərində yaralanan hərbçi Türkiyəyə aparılır


Aprel döyüşlərində yaralanan şəxsin müalicə olunmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib


Silahlı Qüvvələrin Baş Klinik Hospitalının tibb hissə rəisi, polkovnik Vüqar Mürsəlov APA-ya açıqlamasında bildirib ki, ötən ilin aprelində döyüşlər zamanı başından ağır yaralanan Yaşar Təvəkkül oğlu Ağayev hazırda hospitalın reanimasiya şöbəsində müalicə alır:

“Onun başında cərrahi əməliyyatlar aparılıb və müsbət nəticələr əldə olunub. Lakin onun baş nahiyəsinə süni baş qapağı qoyulması zərurəti yarandığından, bu əməliyyatın Türkiyənin Gülhanə hərbi hospitalında həyata keçirilməsi üçün Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsi tərəfindən Türkiyənin ölkəmizdəki səfirliyinə müraciət edilib. Danışıqlar nəticəsində Yaşar Ağayevin ən gec iyul ayının əvvəlinədək Türkiyəyə aparılacağı barədə razılıq əldə olunub”.

Qeyd edək ki, Feysbuk sosial şəbəkəsində Ağayev Yaşar adlı şəxsin fotoşəkili yerləşdirilərək, onun 2016-cı ilin aprel döyüşlərində başından yaralanması, indiyədək 5 dəfə cərrahi əməliyyat keçirməsinə baxmayaraq, daha bir əməliyyatın Türkiyədə keçirilməsinə ehtiyac olması, lakin ölkə rəhbərliyinin yaralı hərbçilərə yüksək diqqət və qayğı göstərilməsi barədə tapşırıqlarının icrasına məmurlar tərəfindən səhlənkar yanaşılmasına dair xəbərlər yayılıb.

Y.Ağayev və onun qohumları bu məlumatın kim tərəfindən yayılmasından xəbərsiz olduqlarını və hospitalda aparılan tibbi müalicə prosesindən narazı olmadıqlarını bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar