Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aprel hadisələrinin Ermənistan siyasətinə təsiri


Bu ilin aprelində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən hərbi əməliyyatların əks-sədası Ermənistanda hələ də eşidilməkdədir


 Azərbaycan Silahlı Qüvvələrinin uğurları tək Ermənistan ordusunun deyil, ümumilikdə erməni dövlətçiliyinin ciddi qüsurlarını üzə çıxardı. 

Və ciddi çaxnaşmalar ancaq qonşu ölkənin hərbi strukturlarında deyil, həm də Ermənistan cəmiyyətində özünü açıq şəkildə göstərməkdədir. Ona görə də Ermənistanda radikal millətçiliklə yanaşı, artıq Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal edilmiş ərazilərin geri qaytarılması çağırışları da güclənməkdədir. Sadə ermənilər isə vəziyyətə ölkəni kütləvi şəkildə tərk etməklə reaksiya verirlər”. 
 
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.
 
O, bildirib ki, “Aprel hadisələri” ölkənin siyasi sisteminin və hakim siyasi komandanın da dəyişilməsinə ciddi təkan verdi: “Təsadüfi deyil ki, baş nazir Ovik Abramyanın istefası ilə yanaşı, müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanın da hökumətdən uzaqlaşdırlması məsələsi sayılan günlərin məsələsidir. Hansı ki, bu üç şəxsin hər biri Serj Sərkisyandan sonra Ermənistan liderliyinə əsas namizədlər hesab edilirlər. Ancaq gözlənilmədən baş nazir postuna texnokrat Karen Karapetyan gətirilir. O həyatının böyük bir hissəsini kommersiya fəaliyyətinə həsr edib və və Ermənistandan kənarda yaşayıb. Onu və sonradan hakimiyyətdə mühüm postlara yeni simalar gətirməklə sanki hansısa qüvvələr Ermənistan hakmiyyətinin yeni simasını yaratmağa və bununla da onları Dağlıq Qarabağ müharibəsinin məsuliyyətindən azad etməyə çalışır.

Düzdür, Ermənistan konstitusiyasına edilən dəyişikliklərə görə gələn il keçiriləcək parlament seçkilərindən sonra ölkə prezident respublikasından parlament respublikasına çevrilir və əsas sima prezident deyil, baş nazir olacaq. Serj Sərkisyan isə bu posta özünün iddialı olduğunu heç gizlətmirdi.
 
Ancaq “Aprel hadisləri”ndən sonra Ermənistanda yaranan yeni situasiya Sərkisyan və onun komandasının perspektivini çox şübhəli edir. Ermənistan hakimiyyətinin kimliyinin isə İrəvanda deyil, ölkədən kənarda müəyyən edildiyini nəzərə alsaq, deməliyik ki, Ermənistandan kənar mərkəzlər yeni, keçmişlə əlaqəsi olmayan bir hakimiyyət formalaşdırmağa və bununla da ölkədəki vəziyyəti nəzarətdə saxlamağa çalışırlar”.

A.Mirzəzadə bildirib ki, yeni təyin edilən baş nazir K.Karapetyanın isə bu planın ilk və əsas bəndi kimi götürüldüyü hiss edilir: “Bir tərəfdən onun da əvvəlki siyasi komada kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olması Ermənistanda Qarabağ klanını sakitləşdirməyə xidmət edir. Digər tərəfdən, keçmişlə əlaqəsinin olmaması onu bir çox məsələlərdə cavabdehlikdən azad edir. Bütün bunlar müəyyən müddətdə Karapetyanı həm ölkə daxilində, həm də xaricdə tanıtdırmağa və lazımı əlaqələr yaratmağa, sonra isə sakit şəkildə real hakimiyyətin Sərkisyandan ona keçməsinə şərait yaradır.

Ermənistanda vəziyyəti nəzarət altında saxlamaq üçün bu və ya digər variantlar da ortaya çıxa bilər. Amma Ermənistan işğal etdiyi ərazilərdən öz silahlı qüvvələrini çıxarmayana və Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər hələ çox “Karapetyan planları”nı sınaqdan çıxarmalı olacaq.

Bundan ən ağır zərbəni isə məhz özünütəcrid vəziyyətinə salmış Ermənistan alacaq. Azərbaycanın öz ərazilərini qaytarmaq əzmi artıq ortadadır və bunu həyat keçirmək üçün ölkənin bütün imkanları var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar