Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Apteklərdə dərman qıtlığı yaşanır?


Son günlər apteklərdə dərman qıtlığının yaranması mətbuatın da gündəmindən düşmür


Paytaxtdakı bir çox apteklərin piştaxtalarında dərman preparatlarının seyrəldiyi müşahidə olunur. Alıcılar lazım olan dərmanları almaqda çətinlik çəkirlər. 

Hətta bu barədə sosial şəbəkələrdə yazanlar da az deyil. Bu durumun səbəbi kimi, Tarif Şurasının dərman vasitələrinin qiymətlərininin tənzimlənməsi ilə bağlı qərarı göstərilir.
 
Hazırda apteklərdə vəziyyətin necə olmasını müşahidə etmək üçün paytaxtın mərkəzində yerləşən bir neçə aptekə baş çəkdik. “Neftçilər” metrostansiyası  yaxınlığında bir neçə aptekə müştəri qismində daxil olub, alıcılarla həmsöhbət olduq. “Avromed” əczaçılıq şirkətinin nəzdində fəaliyyət göstərən aptekdə müştərilər rahat şəkildə alış-veriş edirdilər.
 
Akif adlı müştəri bizə bildirdi ki, həmişə dərmanlarını bu aptekdən alır. İndi də həmişə olduğu kimi, reseptdə olan dərmanlarını buradan ala bilib.
 
Aptekdə çalışan satıcılar da qeyd etdilər ki, dərman qıtlığı ilə bağlı yayılan xəbərlər yalandır: “Bir neçə gündür, şayiə gəzir ki, dərman qıtlığı var. Bu tamamilə yalan söhbətdir. Ola bilsin ki, müştərinin istədiyi dərman qurtarsın. Lakin biz həmin dərmanları qeyd edib, şirkətə yenidən sifariş veririk”. 

Satıcının sözlərinə görə, müştərilər də bir dərman tapılmayanda “panika” yaradırlar: “Düşünürəm ki, müştərilər dərmanların qiymətlərindən məlumatsızdır. Dərmanlar müvəqqəti olmayanda isə bunu qıtlıqla əlaqələndirirlər. Lakin biz çalışırıq ki, onlara bu barədə məlumat verək. Elə müştərilər var ki, mübahisə yaradırlar. Bir çox müştərilər Tarif Şurasının qiymətləri endirdiyini əsas tutub, dərmanları aşağı qiymətə satmağımızı tələb edirlər. Lakin bu qərarın tətbiqinə hələ sentyabr ayında başlanacağını bilmirlər”.
 
Aptek işçisi qıtlığın dah çox özəl apteklərdə ola biləcəyini ehtimal edir: “Biz “Avromed” şirkətinin nəzdində çalışırıq. Şirkət hansı qiyməti təyin edirsə, eyni qiymətə də biz təklif edirik. Lakin elə apteklər var ki, dərman sifarişi vermirlər. Bu əsasən özəl apteklərdir. Ehtiyat edirlər ki,Tarif Şurasının sentyabr ayında verdiyi qərar qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq, nəticədə ziyanla üzləşəcəklər. Bu səbəbdən də həmin apteklər az miqdarda dərman sifariş verirlər. Bu isə təbii ki, dərman qıtlığı yaradır”.

“Zeytun Farm” şirkətinin nəzdində fəaliyyət göstərən apteklərdəki qiymətlərlə də maraqlandıq. Qeyd edək ki, bu apteklərdə qıtlıq müşahidə olunur. Lakin bu özünü bir neçə dərmanlarda göstərir. Misal olaraq təzyiq dərmanı olan “Kronit plyus”, dəri xəstəliyi üçün “Salsil”, “Teymurov” pastası kimi dərmanların satışı dayanıb. Satıcılar bizə bildirdilər ki, bu dərmanlara tələbat çox olduğu üçün dərmanların sifarişini veriblər. Lakin şirkətdən bildiriblər ki, dərmanlar yoxdur. “Teymurov” pastası və “Salsil” Azərbaycan istehsalıdır, bu dərmanların endirim siyahısında adı yoxdur. Bu dərmanların qıtlığı bizə də maraqlıdır. 

Tibb elmləri doktoru Adil Qeybulla musavat.com-a apteklərdə qıtlığın səbəblərindən danışıb: "Dövlətin özəl iqtisadiyyata müdaxiləsi bu kimi halların yaranmasına səbəb olur. Əslində bu sektorda bazar iqtisadiyyatının fəaliyyətinə müdaxilə yolverilməz sayılır. Digər tərəfdən, bunu süni qiymət artımının qarşısını almaq üçün məcburi addım saymaq olar. Ümumiyyətlə, gömrük xərcləri, transport xərcləri dərmanın ilkin maya dəyəri, sahibkarın gəliri nəzərə alınmalıdır. Proses sahibkarın gəlirinə mane olmamalıdır, adekvat gəlir nəzərə alınmalıdır. Əgər bunlar nəzərə alınmasa, xaricdən dərman gətirən sahibkarlar bu işdən əl çəkəcəklər. Nəticədə bazarda kifayət qədər nüfuz qazanmış dərmanları itirmiş olacağıq. Ümumiyyətlə, yaxşı olardı ki,vətəndaşların sosial müdafiəsi üçün mühüm element olan icbari tibb sığorta təmin olunsun. 1999-cu ildə bu barədə prezidentin qərarı var. Həmin paketdə əhalinin gündəlik təlabatı olan dərmanlar ağrıkəsicilər, antibiotiklər və s. dərmanların olduğu göstərilir. Yaxşı olardı ki, icbari tibbi sığorta tezliklə bərpa olunsun".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar