Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araba sürən oğlanın futbol həvəsi


Elçin HÜSEYNBƏYLİ yazır


Mən topu sevirəm. O, mənim uşaqlıq arzum, sevdam və əbədi dostumdur. Bəlkə ona görə ki, top kürə formasındadır, günəşi, ayı xatırladır. Ya bəlkə nənələrimizin üstündə kökə bişirdiyi sacı...
 
Hər nədisə top cəlbedicidir. Əvvəllər, uşaqlar körpə olanda  evimizdə rəngbərəng rezin toplar olardı. Sonra topların keyfiyyəti və ölçüsü dəyişdi. Özü də tez-tez yoxa çıxırdılar. Uşaqlar meydançada oynadıqdan sonra onları başqa top həvəskarlarına verirdilər. Və təbii ki, top geri qayıtdırdı. Yəqin yumru olduğu üçün məhlə uşaqları arasında dövrə vurur, dığırlana-dığırlana bu məhlədən o biri məhləyə keçirdi...
 
Səksəninci illərin sonlarında Moskvadan vətənə qayıdarkən  bir torba top almışdım. Qonşu uşaqlarının hamısına çatardı, çatdı da. Hətta tələbə dostum dedi ki, səni alverçi bilib saxlayacaqlar. Bu qədər top almaq olar. İndi həmin uşaqlar böyüyüb yekə kişi olublar, öz uşaqlarına özləri top alırlar və hər dəfə məni görəndə onlara top aldığıma görə minnətdarlıq edirlər, yəqin mən olmayanda da xatırlayırlar...
 
Bu günlərdə maraqlı mənzərəylə qarşılaşdım. Arabayla satlıq meyvə-tərəvəz daşıyan cavan bir oğlan məhlə uşaqlarının futbol oynamasına tamaşa edirdi. Meydança bir qədər hündürdəydi. Birdən top dığırlanıb oğlana tərəf gəldi və həmin oğlan sevinclə, arabanı da əlindən buraxmadan, yoxuşu qalxa-qalxa topa tərəf getdi və onunla oynaya-oynaya uşaqlara yanaşdı, hətta bəzilərini aldatmaq da istədi, birini keçib qapıya zərbə vurdu, top qapıdan keçdi, uşaqlar əl çaldılar, oğlan sevindi, sonra yenidən arabasını darta-darta yola düzəldi. O, oğlanın bir gözü topdaydı. Yəqin o da mənim kimi futbol oynamaqdan doymamışdı. Uşaqlıqda biz tərəflərdə top çətin tapılırdı. Onu yalnız şəhərdən alıb gətirirdilər. Top uşaqların ən müqəddəs kultuna çevrilmişdi.
 
Axşamüstü otdan qayıdanda qulağımız səsdəydi, topun səsini eşitmək üçün hazır idilər, onu eşidən kimi sevinirdilər. Mən çox vaxt arabanı eşşəkdən açmırdım da, eləcə həyətdə qoyub cumurdum Şama. Futbol meydançası Şamdaydı. Yeri gəlmişkən deyim ki, Şam “şəm” sözündəndir və subasar deməkdir.
 
Şam dedim, Qüds (Yerisəlim) yadıma düşdü. 2013-cü ildə Qüdsün ən hündür yerində, İsrail Milli Kitabxanasının qarşısında olarkən ilk dəfə göyün də yumru olduğunu görmüşəm, gümbəzin qübbəsinə oxşayırdı. Hər tərəfi dövrələmişdi. Yer üzünün ən hündür nöqtəsi olmasa da, bizim dayandığımız təpəlikdən göyə baxanda onun dairəvi olduğu dəqiq bilinirdi. Yəqin elə yerin qübbəsi ordaydı. Bəlkə də ona görə ki, bura dinlərin (islam, xaçpərəstlik və iudaizm) birləşdiyi qutsal məkandır.
 
Dedim axı, top mənim üçün (elə uşaqlar üçün də) bir kultdur...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar