Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılı Azərbaycan xalqına müraciət edib


Müsavat Partiyasının başqanı Arif Hacılı Xocalı qətliamının 23 illiyi ilə bağlı Azərbaycan xalqına müraciət edib


Müraciətdə deyilir: 

“Hörmətli soydaşlarım! 

23 il əvvəl erməni quldur dəstələri Rusiyanın 366-cı alayı ilə birlikdə Xankəndi yaxınlığında yerləşən, həmvətənlərimizin yaşadığı Xocalı qəsəbəsinə hücum edərək qanlı etnik təmizləmə əməliyyatı həyata keçirdilər. Silahsız, müdafiəsiz insanlar qətliama məruz qaldı. Azğın silahlı quldurlar qocalara, qadınlara, uşaqlara rəhm etmədilər. Əliyalın dinc əhaliyə qarşı bütün silahlardan istifadə etdilər. Xocalı qətliamında 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirildi, 487 nəfər yaralandı, 1275 nəfərdən çox Xocalı sakini əsir alındı, 150 nəfər itkin düşdü. Dövlətin və əhalinin yüz milyonlarla manatlıq əmlakına ziyan vuruldu. Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən biridir. 

Ötən əsrdə də xalqımıza qarşı Bakı şəhərində, ayrı-ayrı bölgələrdə - Qarabağda, Şirvanda, Qubada, Naxçıvanda, Cənub bölgəsində, Zəngəzur mahalında və Güney Azərbaycanında ardıcıl olaraq çoxsaylı belə qətliamlar törədilmişdi. 1918-ci ilin mart ayının 31-də Bakı Sovetinin, rus ordusunun və erməni daşnaklarının birgə qoşunları təkcə Bakı şəhərində 10 min həmvətənlimizi qətlə yetirmışdi. Bu gün dünya Xocalı qətliamı haqqında həqiqətlərdən xəbərdar olsa da, faciə haqqında həmin vaxt da, sonrakı illərdə də dünyanın bir çox nüfuzlu mətbuat orqanlarında dəfələrlə geniş məqalələr yazılsa da, məlumatlar yayılsa da, hələ də onun adekvat qiyməti verilməyib. Ona görə də biz susmamalı, Xocalı həqiqətlərini təkcə ildönümlərində yox, hər zaman beynəlxalq ictimai fikrin diqqətində saxlamalıyıq. Xocalı soyqırımının bütün dünyada tanınmasına, qətliamı planlaşdıran və törədən cinayətkarların cəzalandırılmasına, faciədən zərər çəkmiş insanlara kompensasiyaların ödənilməsinə, ümumiyyətlə, Qarabağ münaqişəsinin həm tarixi həqiqət, həm də beynəlxalq hüquq normaları baxımından ədalətli həllinə nail olmaq bizim xalqımız və vətənimiz qarşısındakı müqəddəs borcumuzdur. Hər bir siyasi partiya, ictimai təşkilat, hər bir vətəndaş bunun üçün əlindən gələni etməlidir. Amma bu ilk növbədə Azərbaycan hökumətinin borcudur. Təəssüf ki, 23 ilə yaxındır ki, hakimiyyətdə olan Əliyevlər rejimi bu problemlərin həlli istiqamətində heç bir real iş görmür və ya görə bilmir. Odur ki, hər keçən il bizi bu problemlərin həllinə nəinki yaxınlaşdırmır, əksinə daha da uzaqlaşdırır. 
Hörmətli soydaşlarım! 

Qarabağ problemi bu hakimiyyətin əlində, sadəcə, manupulyasiya predmetinə çevrilib. Ölkənin problemlərini həll etmək iqtidarında olmayan İlham Əliyev özünün xalqa zidd siyasətinə, demokratiyanı, insan hüqüqlarını tapdalamaq, söz, mətbuat azadlığını boğmaq, avtoritar və səriştəsiz idarəçiliyinə bəraət qazandırmaq üçün bundan bəhanə kimi istifadə edir. Amma nədənsə bu münaqişə gündən-günə çiçəklənən korrupsiyaya, talançılq və soyğunçuluq siyasətinə mane olmur. Bu gün artıq ölkəni analoqu olmayan korrupsiya, yalan və saxtakarlıq məmləkətinə çevirənlər onun heç bir problemini həll etməyəcəklər. Hər bir Azərbaycan vətəndaşı ölkənin bu ağır günündə öz məsuliyyətini başa düşməli, Azərbaycanın dəyişməsi, yenilənməsi, azad, demokratik bir məmləkətə çevrilməsi üçün mübarizə aparmalıdır. Yalnız xalqın iradəsi ilə yaranan hakimiyyət, vətəndaşların öz öhdəsinə düşən vəzifələrini yerinə yetirdiyi cəmiyyət Qarabağ probleminin həllinə, işğal altında olan ərazilərimizin geri qaytarılmasına, xocalıların və bütün haqqı tapdalanmış soydaşlarımızın hüquqlarını bərpa etmək qüdrətinə malik ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar