Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılı Milli Şura ilə əlaqələrindən danışdı


Bu gün Müsavat Partiyası Məclisinin yığıncağı keçirilir


PİA.AZ xəbər verir ki, yığıncaqda Məclis sədri Nüşabə Sadıqlı bildirib ki, Məclisin gündəliyinə ictimai siyasi vəziyyətlə bağlı Müsavat başqanı Arif Hacılının məruzəsi, parlament seçkilərinə hazırlıq və Məclisin daimi komissiyalarının yaradılması məsələləri daxil edilib.  

Müsavat başqanı Arif Hacılı çıxış edərək bildirib ki, ötən üç ay  ciddi dəyişikliklərlə yadda qalıb: “Bəzi təşkilatlar buraxıldı, onlar yenidən qurulandan sonra daha güclü olacaq. İqtidar da dialoq üçün bir neçə partiya ilə görüşlər keçirdi. Biz dialoqun əleyhinə deyilik. Amma bizim şərtlərimiz qəbul edilmədi. Siyasi məhbuslar məsələsi həll olunmadan digər məsələlərin müzakirəsi cəmiyyətin mövqeyini əks etdirmir. Avropa oyunlarının bütün sahələrə təsiri var. Hakimiyyət bu oyunlardan öz mövqelərini möhkəmləndirmək üçün istifadə edir. Bu oyunlardan istifadə edərək beynəlxalq təşkilatların çağırışlarından yararlanıb Azərbaycanın imici müsbətə doğru dəyişə bilərdi. Amma bu baş vermədi. Qarabağ konfliktinin həlli üçün şərait yaranmışdı. Şərq tərəfdaşlığı sazişinə qoşulmaqla bunu reallaşdırmaq olardı. Əksinə Amerika və Qərb ölkələri ilə münasibəti daha da kəskinləşdirirdi.  Bu dövr ərzində musavat.org saytını inkişaf etdirib. Sosial şəbəkədəki fəaliyyətimizi genişləndirmişik”.

Arif Hacılı Milli Şura ilə münasibətlərə də toxunub. Qeyd edib ki, onlar Milli Şura ilə münasibətlərin əleyhinə deyillər,  ancaq bizim şərtlərimiz qəbul edilmədi: “Milli Şura sədrinin Rusiya vətəndaşı olduğundan biz bir sıra məsələlərdən ehtiyat etdik. Rüstəm İbrahimbəyova hörmətimizi saxlayaraq bu qurumla əlaqələrimizi dayandırdıq. Bir ziyalının Krımın Rusiya torpağı olmasını deməsi müəyyən məqamlardan xəbər verir”.

***

Müsavat başqanı parlament seçkiləridən də danışıb. Bildirib ki, bütün strukturlar işi seçkilərə yönəltməlidir: “70-dən artıq ilkin namizədimiz müəyyənləşib. İmzatoplayacaq şəxslər müəyyənləşməlidir”.

***

Müsavat Partiyası Mərkəzi İcra Apararının rəhbəri Gülağa Aslanlı çıxış edərək bildirib ki, bu ilki seçkilər konstitusiya ilə noyabr ayının 1-nə təsadüf edir. Rəsmi elandan iki gün sonra namizədlərin verilməsi başlayacaq. Bütün nöqsanlara baxmayaraq partiya seçkilərdə iştirak qərarı verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar