Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılının barış müraciətinə cəbhəçilər reaksiya



Müsavat başqanı basqılara baxmayaraq, bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bəyan elədi


Sosial şəbəkədə “Yeni Müsavat” qəzetinin baş redaktoruna qarşı həyata keçirilən mənəvi terror və tərbiyəsizlik cəmiyyət tərəfindən pislənilir. 

Bir sıra tanınmış ictimai-siyasi xadimlər eyni zamanda AXCP sədri Əli Kərimliyə və “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğluya müraciət edərək münaqişəni durdurmağa çağırıblar. 

Bu sırada Müsavat Partiyasının başqanı Arif Hacılının dekabrın 18-də yaydığı müraciət xüsusi diqqət çəkir. Ə.Kərimliyə yaxın şəxslər isə barışa çağıranı belə dərhal hədəfə götürüblər,  A.Hacılının ünvanına olmazın fikirlər yazıb.  Belə görünür ki, bu adamlar onların tərbiyəsizliyinə şərik olmayan, sülhə çağıran hər kəsi bir anın içində təhqir eləməyə hazırdırlar. Dayanmadan A.Hacılının facebook səhifəsinə yazır, onun barışa çağırış məzmunlu müraciətini pisləyir və mövqeyini dəyişməsini tələb edirlər. Eyni zamanda A.Hacılıdan öz partiyasının daxili işləri ilə məşğul olmağı tələb edirlər. Bu isə əslində R. Arifoğluya qarşı həyata keçirilən mənəvi terror kampaniyasının AXCP-nin daxili siyasəti olmasının etirafıdır. Onu da qeyd edək ki, bu cür kampaniya “Yeni Müsavat” qəzetinin dəstəyinə deyilmiş hər bir sözün müəlliflərinə qarşı aparılmaqdadır. Barış çağırışlarının isə təhqirlə cavablandırılması xüsusilə heyrət yaradır. 

Müsavat başqanı Arif Hacılı ilə əlaqə saxlayıb müraciətinə cəbhəçilərin bu cür reaksiyasına münasibətinin necə olduğunu soruşduq. A. Hacılı bildirdi ki, hər hansı reaksiyaya və basqılara baxmayaraq, barış mühiti yaranması istiqamətində fəaliyyətini davam etdirəcək: “Ölkədə elə vəziyyət yaradılıb ki, bu vəziyyət müxalifət qüvvələri arasında barış mühitini yaranmasını, qarşılıqlı ittihamların aradan qalxmasını zəruri edir. Barışıq mühiti yaranması vacibdir.
Üzərimə olan basqılara baxmayaraq, bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə musavat.com-a deyib ki, bir dəstə siyasi avara sosial şəbəkədə məskən qurub və burada 24 saatlıq rejimlə, növbə çəkirlər. Və onlar  “Yeni Müsavat”la, onun baş redaktoru ilə  bağlı aqressiv kampaniya aparırlar, qəzeti dəstəkləyən insanları abırdan salırlar: “Onlara baş qoşmağa vaxtımız yoxdur. Lakin hərdən cavab veririk. Bir dəstə AXCP üzvü onlar kimi düşünməyən və liderlərinə biət etməyən hər kəsi mənəvi terror edir. Biz təsbit etmişik ki, AXCP sədri özü də psevdonimlə, saxta profillə yazışmalarda fəal iştirak edir, söyüş söyür, aranı qızışdırır. Mən bütün bu işləri və sifətləri ona yaraşdırıram. Davam etsin, bu yolda onu böyük gələcək gözləyir”. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar