Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılının müavinlərindən sərt açıqlamalar


Səxavət Soltanlı: “Əslində heç bir partiya fəaliyyəti ilə məşğul olmayan insanlar yoxluqlarını rəsmiləşdirirlər”


Osman Kazımov: “Sən Müsavat Partiyasını tanımırsansa, Müsavat da səni tanımır”

Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsindən sonra partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli partiyadan istefa verdiyini açıqlayıb. İ.İbrahimli Müsavat rəhbərliyinin hazırkı idarəçiliyinə etiraz olaraq bu addımı atdığını deyib: “Müsavat Partiyasının indiki rəhbərlərinin partiyada fərqli düşünən insanlara qarşı repressiv qərarlarına, avtoritar üsul-idarəçiliyinə etiraz edərək, Müsavat Partiyasından çıxdığımı bildirirəm”.

Müsavat başqanının müavini Səxavət Soltanlı isə “Yeni Müsavat” bildirib ki, adları uzun müddətdən bəri partiyada formal olaraq qalan, əslində heç bir partiya fəaliyyəti ilə məşğul olmayan insanlar yoxluqlarını rəsmiləşdirir: “Müsavat demokratik partiyadır, odur ki, onların bu hüququnu əlindən heç kim ala bilməz. Müsavat Partiyasında heç kimə Surət Hüseynovun və Ələkrəm Hümmətovun 1992-1993-cü ildə Azərbaycanda davrandığı kimi davranmasına imkan verilməyəcək”. 

Müsavat başqanının digər müavini Osman Kazımov isə teleqraf.com-a açıqlamasında daha sərt xəbərdarlıq edib. O bəyan edib ki, nizamnaməni pozanlar bundan sonra da cəzalandırılacaq: “Vurğun Əyyub dəfələrlə bildirib ki, partiyanın strukturlarını tanımır. Adamdan soruşarlar ki, strukturlarını tanımadığın partiyada niyə qalırsan? İnsan ilk növbədə özünə hörmət edər. Yalandan deyirlər ki, Vurğun Əyyubun çıxarılması məsələsi partiya rəhbərliyində müzakirə olunub. Yalan deyirlər. Özək təşkilatının qərarından bir gün sonra xəbərimiz olub. 2011-ci ildə onu çıxarmışdılar, amma rayon təşkilatı özəyin qərarını ləğv etdi. Vurğun Əyyub və onun tərəfdarlarının müsahibələrinə, açıqlamalarına baxın. Başdan-ayağa təhqiramiz, aşağılayıcı fikirlər işlədirlər. Başqa partiyada bu qədər ərköyünlük edə bilməzdilər. Sən Müsavat Partiyasını tanımırsansa, Müsavat Partiyası da səni tanımır.  Kiminsə partiya qarşısında xidmətləri olubsa, bu, o demək deyil ki, istədiyi hərəkəti edə bilər”.



O.Kazımov qeyd etdi ki, V.Əyyub özəyin qərarının ləğvini istəyirsə, Binəqədi Rayon Təşkilatına müraciət etməlidir. Amma o, açıqlamasında rayon təşkilatını tanımadığını deyib: “Özək onu dəvət edib, deyib xəstədir. Necə olur, Qubad İbadoğlu xəstə olur, Ellada Məmmədli xəstə olur, Vurğun Əyyub xəstə olur, amma ADR-i yaradanda, rayonlarda konfranslar keçirəndə xəstə olmurlar. Heç kəsin şərəfi digərindən üstün deyil. Mənim Müsavat Partiyası qarşısındakı xidmətlərim Vurğun Əyyubun xidmətlərindən heç də az deyil. Onun partiyaya çəkdiyi xərclər mənim çəkdiyim xərclərdən böyük deyil, amma bu günə qədər bu barədə danışmamışam.  Aylarla, illərlə həbs olunan müsavatçılarla birlikdə həbsxana həyatı yaşamışam. Elə hazırda Qubad İbadoğlunun tərəfini saxlayanları da vaxtilə təmənnasız müdafiə etmişəm. Hamısının halal xoşu olsun. Vurğun Əyyub bunu edibmi?” 

O.Kazımova görə, Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinə etiraz olaraq V.Əyyub və digərlərinin nizamnaməni pozması cavabsız qalmayacaq: “Qurultayda Vurğun Əyyubun avtomobilində Qubad İbadoğlunun xeyrinə səslər yazılırdı. Bizdə bunun fotosu da var. Amma müəyyən səbəblərə görə bunu ictimaiyyətə açıqlamadıq. Hər şeyin həddi var. İnsana nə qədər güzəştə getmək olar. Kimsə ərköyünlük edəcəksə, bunu kənarda etsin. Hədə-qorxu ilə bizi nədənsə çəkindirmək olmaz. Bundan sonra da nizamnaməni pozanlar cəzalandırılacaq”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar