Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılının qardaşından Qubad İbadoğluna sərt ittihamlar


Qubad İbadoğlu: “Müsavatı gələcəkdə bir “ailə partiyası”na çevirmək istəyənlər var”


“Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzmuşam nə deməkdir? Vurğun Əyyub, Mehman Cavadoğlu, hətta Hikmət Hacızadə kimi məşhur Divan üzvləri səninlə bərabər görüşlərə getməyiblərmi? Onlar Müsavat rəhbərliyi deyilmi? İsa Qəmbərin guya gizlində kiməsə dəstək verməsi də absurddur. İsa bəyin doğma qardaşı, ağsaqqal əmisi, başda dostum Vəzir olmaqla mühafizəçiləri, Müsavatdakı bütün pisliklərdə həmişə barmağı olan qohumu Fəxrəddin Bağırov açıq şəkildə sənə dəstək veribsə, onda İsa bəy əl altından sənin əleyhinə nə iş görüb?”
 
Bunu Əhrar Partiyasının sədri, Müsavatın yeni başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli özünün “facebook” sosial şəbəkəsindəki statusunda bildirib.
 
V. Hacıbəyli Müsavat başqanlığına keçirilən seçkilərdə məğlub olan Qubad İbadoğlunun A. Hacılı əleyhinə dediyi bəzi ittihamlara cavab verib. O, Q. İbadoğlunun faktları təhrif etdiyini qeyd edib, seçkidən sonra Tural Abbaslı özünü çox ağayana apardığınıŞ Qubad İbadoğlunun isə faktları təhrif etdiyini deyib: “Digər tərəfdən, İsa bəyin səs hüququnu kim əlindən alıb ki? O müsavatçı deyil, bəyəm? Budurmu sizin yeni təfəkkürünüz, yeni nəfəsiniz, yeni simanız? Kənardan heç də yaxşı görünmür, vallah”.
 
Q. İbadoğlu isə APA-ya açıqlamasında V. Hacıbəylini qərəzli mövqe nümayiş etdirməkdə tənqid edib. O, V. Hacıbəylinin Müsavatın üzvü olmadığı halda, partiya işlərinə qarışmaqda ittiham edib: “Partiyanın üzvü olmayan, qardaşının müdafiəsi üçün başqalarının fikirlərini təhrif edən şəxsin bu fikirləri onu göstərir ki, Müsavatı gələcəkdə bir “ailə partiyası”na çevirmək istəyənlər var. Bu məsələdə hesab edirəm ki, mövqe qoymağa Vaqif Hacıbəylinin nə mənəvi, nə də siyasi haqqı çatır. Mən ona özündən ibarət olan partiyası ilə məşğul olmağı məsləhət görürəm. O, müsavatçı olmasa belə, mən onun ittihamlarını cavablandırardım. Ancaq o, Arif Hacılının qardaşı olduğuna görə, hesab edirəm ki, çox qərəzli və ailə marağından çıxış edərək belə bir status yazıb. Arif Hacılıya da təklif edirəm ki, Müsavatda olmayan ailə üzvlərinin partiyanın işinə qarışmasının qarşısını alsın”.
 
Fəxrəddin Bağırov APA-ya açıqlamasında “Vaqif Hacıbəyli kimdir ki, mən onun ittihamlarına cavab verim?” – deyə bu barədə danışmaqdan imtina edib.
 
Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Q. İbadoğlu 200 isə səslə ikinci olub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar