Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılıya növbəti etiraz



Müsavat partiyasının üzvü Tural Abbaslı Arif Hacılının "Fraksiya fəaliyyəti niyyətinə düşmək istəyənlərin partiya üzvləri qarşısında nüfuzu olmayacaq" fikrinə münasibət bildirib


PİA.AZ xəbər verir ki, aznews.az-a açıqlama verən Tural Abbaslı Arif Hacılı ilə qətiyyən razılaşmadığını deyib: 

“Müsavat başqanı belə məsələlərə rəy bildirərkən daha münasib ifadələri seçməli idi. Partiya üzvləri insanlara gördükləri işə və apardıqları mübarizəyə görə hörmət edir. Bu gün fraksiya yaradaraq partiyada daha demokratik mühit formalaşdırmaq istəyənlər fədakar insanlardır”.

T.Abbaslı vurğulayıb ki, müsavatçıların kimə hörmət edib, kimi qınayacaqlarını zaman göstərəcək: “Fraksiya quruculuğunu bölücülük və ya partiyanın işinə əngəl kimi görənlərin isə siyasi sahədə informasiyasının az olduğunu düşünürəm.

Fraksiya bizim istədiyimiz formada yaranıb fəaliyyət göstərəcəksə, bu, partiyaya müsbət mənada yardım edəcək və seçkilərdə nəhayət ki, real qələbələrə gətirib çıxaracaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar