Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artur Rasizadə sənəd təsdiqlədi


Nazirlər Kabineti “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ı təsdiq edib


Proqramda hər bir narkoloji tibb müəssisəsində narkomanlığın müalicəsində xəstənin vəziyyətinin düzgün qiymətləndirilməsi və aparılacaq müalicənin adekvat olması üçün keçirilməsi vacib müayinələr də əksini tapıb.

Bura kliniki, biokimyəvi, toksikoloji və seroloji laborator müayinələr, götürülmüş qan, tük və sidik nümunəsində narkotik vasitə və psixotrop maddələrdən istifadəni aşkar etmək məqsədi ilə müasir laborator müayinələr, elektrokardioqrafiya, elektroensefaloqrafiya, rentgenoloji, ultrasəs və insanın immun çatışmazlığı virusunun, B və C hepatitlərinin, sifilisin müayinələri daxildir. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin müalicəsində elmin son nailiyyətlərinə əsaslanan üsullar üç mərhələdə - abstinent sindromunun aradan qaldırılması, remissiyanın formalaşması və remissiyanın stabilləşməsi mərhələlərində həyata keçirilir. 

Narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən tətbiq edilir. Ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalarına daxil edilməlidir. Narkoloji xəstənin qəbul etdiyi müalicə kursundan sonra aparılan sosial-psixoloji reabilitasiya kursu onun fərdi tələbatına uyğun olmalıdır.

Proqramda insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi də əksini tapıb. Detoksifikasiya narkoloji tibb müəssisəsində təşkil olunmuş intensiv terapiya palatasında həyata keçirilir. Xəstənin həyatı üçün təhlükə aradan qaldırıldıqdan sonra o, narkoloji tibb müəssisəsinə köçürülməlidir. Opioidlərin istifadəsi nəticəsində narkomanlığa düçar olmuş şəxslərin əvəzedici dərman preparatları ilə detoksifikasiyası stasionar və ya ambulator şəraitdə aparılır. Reabilitasiya və resosializasiya tədbirlərinin həyata keçirilməsinin əsas prinsiplərinə isə xəstənin reabilitasiya proqramında iştirakının könüllülüyü, müalicə-reabilitasiya metodlarının seçimində fərdi yanaşma, anonimliyin təmin edilməsi, etibarlılıq və partnyorluq, qarşılıqlı məsuliyyət, bioloji və psixoterapevtik təsir metodlarının vəhdəti və müalicə-reabilitasiya prosesinin mərhələliyi daxildir. 

Narkotik vasitə istifadəçisi müalicə-reabilitasiya və resosializasiya proqramını bitirdikdən sonra 2 il müddətində onda residiv müşahidə edilmədikdə və həmin şəxs bu müddətdə sosial münasibətlərini tam bərpa etdikdə nəticə uğurlu hesab edilir. Reabilitasiyadan sonrakı sosial patronaj narkotiklərdən imtina edilən bütün dövr ərzində bir neçə üsulla həyata keçirilir. Bura patronajı həyata keçirən təşkilatın nümayəndələrinin yaşayış yeri üzrə nəzarəti, müəyyən olunmuş vaxtda reabilitasiya kursu keçmiş narkotik istifadəçisinin dövri müayinə məqsədi ilə ərazi üzrə narkoloji müəssisəyə gəlməsinin təmin edilməsi, sosial psixoloji konsultasiyalar, kompleks reabilitasiya kursu keçmiş şəxslərin dəstəkləmə qruplarında iştirakının təmin edilməsi və orta təhsilin, peşə təhsilinin alınmasına və ya davam etdirilməsinə, işlə təmin olunmasına yardım göstərilməsi daxildir.(apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar