Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artur Rasizadədən qadağa dəyişikliyi


Nazirlər Kabineti “Sanatoriya-kurort müəssisələrində sanitar- gigiyenik Tələblər”də dəyişiklik edib


 APA-nın məlumatına görə, dəyişiklik xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşən sanatoriya-kurort müəssisələrinin sanitariya - mühafizə zonalarının təşkili ilə bağlıdır. 

Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları ilə bağlı tələblər belə ərazilərdə yerləşən sanatoriya-kurort müəssisələrinin sanitariya - mühafizə zonalarının təşkili zamanı da əsas götürüləcək.

Məqsəd sanatoriya-kurort müəssisələrini kənar antropogen təsirlərdən qorumaqdır. Qeyd edək ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafədə müəyyən olunur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinə bitişik sərhədlərinin hüdud xəttindən 3000 metrədək məsafədə müəyyən edilir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında yeni yaşayış məntəqələrinin salınması, ekoloji təhlükə yaradan müəssisələrin, o cümlədən kimya, nüvə energetikası və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və istismarı, geoloji kəşfiyyat işlərinin aparılması, faydalı qazıntıların çıxarılması və emalı, meşələrdə əsas istifadə qırıntısı, aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə, yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası, ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi qadağandır.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarına daxil edilmiş xüsusi mülkiyyətdə, bələdiyyə mülkiyyətində və (və ya) istifadədə olan əmlakdan servitut hüququ əsasında istifadə edilir. Bu zonaların hüdudları daxilində fəaliyyəti zamanı insanların təbii üsulla müalicəsinə və əhalinin istirahətinə mənfi təsir göstərən müəssisələrin istifadəsinə və icarəsinə torpaq sahələrinin ayrılmasına da yol verilmir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar