Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artur Rasizadənin kürsüsünə kim oturacaq?


İlham Əliyevin vergilər naziri Fazil Məmmədova «stavka» etdiyi barədə məlumatlar var


Prezident seçkisindən sonra baş nazir Artur Rasizadənin əvəzlənəcəyi barədə məlumatlar yayılsa da, təsdiqini tapmadı. Atur Rasizadə yenidən baş nazir oldu. Bunun səbəbi hakimiyyət daxilində baş nazir postuna iddialıların çox olması ilə izah etmişdi.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, spiker Oqtay Əsədov Artur Rasizadənin postu uğrunda uzun müddətdir ki, mübarizə aparırlar. Bu baxımdan Ilham Əliyev status-kvonu saxlamaqla qruplararası ziddiyyətlərin daha da kəskinləşməsinin qarşısını mümkün qədər alırdı. Lakin artıq bu mümkün olmayacaq. Çünki Artur Rasizadənin səhhətində ciddi problemlər var. Onun bir müddətdir ki, işə çıxmadığı bildirilir. Hətta Nazirlər Kabinetinin son qərarları, sərəncamları baş nazirin birinci müavini Yaqub Eyyubovun imzası ilə verilir. Bu o deməkdir ki, Artur Rasizadə faktiki olaraq əmək qabiliyyətini itirib. Beləliklə də onun əvəzlənməsi zərurəti yaranıb.

Yuxuradı qeyd etdik ki, əsasən Kəmaləddin Heydərov, Ziya Məmmədov və Oqtay Əsədov bu posta iddialıdır. Lakin məlumatlara görə, Ilham Əliyev yenidən balansı saxlamaq başqa bir şəxsi bu vəzifəyə təyin etmək niyyətindədir. Bu şəxs vergilər naziri Fazil Məmmədovdur. Hələ seçkidən əvvəl Fazil Məmmədovun baş nazir postuna gətiriləcəyi bildirilirdi.

Məlumatlara görə, Fazil Məmmədovun baş nazir olmaq şansının digərlərinə nisbətən daha çox olması onun iddialı şəxs olmaması ilə bağlıdır. Yəni, vergilər naziri Artur Rasizadədən fərqlənmir. Ilham Əliyevə də məhz belə bir şəxsin ikinci olması lazımdır. Ölkə başçısı iddialı bir məmuru baş nazir təyin etməkdən ehtiyatlanır
Bəzi məlumatlara görə, yeni ildə bu məsələ həllini tapmalıdır. Lakin o da mümkündür ki, Artur Rasizadə əmək qabiliyyətini itirmiş olsa belə son ana qədər vəzifədə saxlanılsın. (azadliq.info)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar