Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artur Rəsizadə Qarabağdan danışdı


Baş naziri Artur Rəsizadə İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallonu qəbul edib.


Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən məlumata görə, görüş zamanı İspaniya ilə Azərbaycan arasındakı mövcud münasibətlər fonunda iqtisadi əməkdaşlığın səviyyəsinin ölkələrin potensialına cavab vermədiyi qeyd olunub. Bu istiqamətdə qanunvericilik bazasının yaradılması və hüquqi tənzimləmə prosedurlarının hazırlanmasının, habelə iqtisadi əməkdaşlığa dair ikitərəfli komissiyanın yaradılmasının iki ölkə arasında əlaqələrin genişlənməsinə təkan verəcəyi nəzərə çatdırılıb.


Görüşdə bildirilib ki, İspaniya nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində işgüzar dairələrin təmsilçilərinin iştirakı ilə keçiriləcək biznes-forumda əməkdaşlığın perspektivləri ətraflı müzakirə ediləcək, xüsusən enerji, tikinti, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, turizm sahələrində birgə fəaliyyətə dair danışıqlar aparılacaq. 


Daha sonra Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən A. Rasizadə bəzi beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlarla yanaşıldığını vurğulayıb, münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkənin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri ilə həllinin vacib olduğuna dair Azərbaycanın mövqeyini bir daha nəzərə çatdırıb. 

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar