Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artur Rəsizadə aviasiya marşalını qəbul etdi


Tərəflər işğal altında qalan torpaqların tezliklə azad edilməsinin vacibliyini vurğulayıblar


Azərbaycanın Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Pakistan arasında tarixi dostluq münasibətlərinin mövcudluğu vurğulanaraq əlaqələrimizin daha da dərinləşdirilməsinin zəruriliyi qeyd edilib. Bildirilib ki, hər iki ölkə arasında siyasi-iqtisadi və mədəni sferalarda olduğu kimi, müdafiə sənayesi, hərbi-texniki və şəxsi heyətin təlim-təhsili sahələrində də əməkdaşlıq səmərəli nəticələr verə bilər. Hər iki tərəf bu səfərin hərbi sahədə əməkdaşlığımızı yeni səviyyəyə qaldıracağına əminlik ifadə edib.

Regional məsələlər ətrafında söhbət gedərkən Ermənistan-Azərbaycan münaqişəsinə toxunan tərəflər məmnunluqla qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişənin həllində Pakistan hər zaman Azərbaycanın yanında olub və bütün beynəlxalq tədbirlərdə Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyib. Tərəflər işğal altında qalan torpaqların tezliklə azad edilməsinin və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar