Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan Aslanov haqda yeni iddialar



“Lamiyə işinin” əsas fiqurantının korrupsiya ilə əldə etdiyi mülkünü dövlətə təhvil verdirirlər; Səfər Əbiyevin əsas adamının yeni çirkabları açılır


“Lamiyə işi”ndə əsas fiqurant, Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun barəsində ciddi ittihamlar olmasına baxmayaraq onun niyə həbs olunmamasının səbəbləri üzə çıxıb. 

İddialara görə, A. Aslanov həbsə düşməmək üçün var-dövlətinin böyük bir hissəsindən imtina etməli olub. Qaynağımız deyib ki, A. Aslanov yaxın dostu Səfər Əbiyev müdafiə naziri vəzifəsindən çıxarılandan sonra hakimiyyətdəki əsas dayağını itirib. 

“Lamiyə işi” isə onu hakimiyyətdəki qrupların diqqət mərkəzinə gətirib və bir sıra qeyri-rəsmi “dindirmələrə” (söhbətlərə) cəlb edib. Uzun illər hakimiyyətin içərisində barınan, “mətbəxə” bələd olan A. Aslanov bu söhbətlərin sonucda heç yaxşı nəticə vermədiyini anlayıb. Çünki bu söhbətlərdən xeyli əvvəl, A. Aslanovun dayağı və dostu Səfər Əbiyevin başına gələnlər onun gözlərinin önündə cərəyan edib...

Yada salaq ki, 2013-cü il oktyabrın 22-də S.Əbiyev tutduğu vəzifədən çıxarıldı, noyabrın 12-də isə artıq onun şəhərin mərkəzindəki evini sökmüşdülər. İddialara görə,  Səfər Əbiyev iqtidarda təmsil olunması səbəbindən əldə etdiyi sonsuz sərvətin əhəmiyyətli hissəsini gizlətməyə çalışıbmış. Evin sökülməsi ona həm cəza, həm də mesaj olub. 

Məlumatı qəzetimizə verən mənbə iddia edir ki,  A. Aslanov ona qarşı irəli sürülən şərti yekunda qəbul edib. Həmin şərt isə korrupsiya və mənimsəmə yolu ilə əldə etdiyi sərvətin əhəmiyyətli hissəsini dövlətə qaytarmaqla bağlı olub...

*   *   *
“Yeni Müsavat”ın 20 mart tarixli sayında “Aslan Aslanovun oğlunun adı yeni qalmaqalda” sərlövhəli yazı dərc olunub. Həmin yazıda sabiq nazir müavininin oğlu Turqay Aslanovun “avtoş”luğundan söhbət açılır. Lakin müqayisə etdikdə, məlum olur ki, həmin yazıdakı detallı bilgilər indiki zaman kəsiyində başqa bir qaynağın bizə verdiyi məlumatları dolayısı ilə təsdiq etmək gücündədir. Yazıda qeyd olunurdu ki, A.Aslanov oğlunun istifadəsində olan bahalı maşınlardan tutmuş, imarət və villalarının bir hissəsini  2013-cü ildə Valeh Ramazan oğlu Allahverdiyevə və yaxın qohumlarına etibarnamə ilə verib. Niyə? Nə səbəbə? O, uzun illər adına olan əmlakları sənəd üzərində olsa belə niyə “özgəninkiləşdirir”? Deməli, həmin vaxtlardan A.Aslanov təhlükəni hiss edib, Lamiyə Quliyevanın türmədə ikən ana olması isə onu da qeyri-ixtiyari nişangaha çıxarıb. 

Sözügedən yazıda konkret olaraq A.Aslanovun “Vorovski”də, Daxili Qoşunların Baş İdarəsi ilə üz-üzə olan 33 saylı, 3 mərtəbəli villasını 5 milyon manata satışa çıxardığı da qeyd olunurdu. Bu villanı A.Aslanovun 2013-cü ildə həyat yoldaşının adına rəsmiləşdirməsi haqda da məlumat vardı. 

V.Allahverdiyevin barəsində də maraqlı məlumatlar əldə etmişdik. Bu şəxs Şəmkirdəndir, vaxtilə “Azərneftyağ” İstehsalat Birliyinin baş direktoru Ramiz Mirzəyevin ailə sürücüsü olub. A.Aslanovun mərhum R.Mirzəyevlə yeznə-qayın olmaları da məlumdur. A.Aslanov Şəmkirin icra başçısı vəzifəsindən çıxarılaraq kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyinat alandan sonra V.Allahverdiyevi özünə sürücü götürüb. Sürücü A.Aslanov nazir müavini vəzifəsində çalışarkən onun ünvanına nalayiq sözlər işlətdiyinə görə işdən çıxıb. Lakin sonradan yenidən A.Aslanov onu geri qaytara bilib. 



*   *   *

Bu arada Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyevin atası İbrahim İsmayılov danışıb. O, azadlıq.info-ya bildirib ki, Vüqar Əliyevin keçmiş nişanlısı Lamiyənin həbsxanada dünyaya övlad gətirməsi ictimailəşəndən sonra A.Aslanovun oğlunun qətli ilə bağlı yenidən araşdırma aparılıb: “Lamiyəni buraxdılar. Vüqarı isə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin Səttar Rzayev adlı əməkdaşı dindirib. O, həbsxanada Vüqara deyib ki, nə baş veribsə hamısını danışsın. Bildirib ki, onun təqsirsiz həbs olunduğunu bilir. Vüqar ona günahsız olduğunu, Aslan Aslanovun sifarişi ilə həbs edildiyini, həbsxanada işgəncələrə məruz qaldığını deyib.

Daha sonra Şəmkir prokurorluğundan bizimlə əlaqə saxlayıblar. Qeyd edim ki, Aslan Aslanovun oğluna görə təkcə Lamiyə ilə Vüqar həbs olunmamışdı. Aslan Aslanovun sifarişi ilə mən, həyat yoldaşım, yeznəm, ümumilikdə 12 nəfər həbs edilmişdi. Şəmkir prokurorluğundan bizə dedilər ki, bütün bunları detallı şəkildə yazaq. Bu işləri kim görüb, necə edib və s. Lakin sonradan bu araşdırmalardan bir xəbər çıxmadı”.

İbrahim İsmayılov əlavə edib ki, oğluna həbsxanada əfv ərizəsi də yazdırıblar. Vüqar Əliyev əfv siyahısına salınıb, lakin sonradan çıxarılıb: “Türmənin rəisi Vüqara deyib ki, ölkə başçısına əfv üçün müraciət etsin. Vüqar da əfv ərizəsi yazıb. Adı da siyahıya salınıb. Lakin sonradan çıxarılıb. Biz hesab edirik ki, burada Aslan Aslanovun rolu olub”.

İbrahim İsmayılov mətbuat vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edib: “Mən prezidentdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın. Mənim oğlumun heç bir təqsiri yoxdur. Aslan Aslanovun oğlunu öldürən azadlığa buraxılıbsa, niyə mənim oğlum heç bir təqsiri olmadan həbsxanada çürüməlidir?

Bundan başqa, o vaxt Bayıl türməsində bizim apelyasiya məhkəməmiz keçirilib. Qapalı şəkildə. Prosesə Şahin Yusifov sədrlik edib. Mən sonradan bildim ki, Şahin Yusifov Səfər Əbiyevin adamıdır. Aslan Aslanov da Səfər Əbiyevlə kirvədi. Ona görə də Şahin Yusifov işə onların maraqları çərçivəsində baxdı. Mən prezidentdən xahiş edirəm ki, bizim üçün yenidən məhkəmə keçirilməsini təmin etsin. Özü də məhkəmə açıq şəkildə keçirilsin. O zaman bütün həqiqətlər üzə çıxacaq".



Bu arada Vüqar Əliyev saxlanıldığı Qobustan Qapalı Həbsxanasında ölüm aclığına başlayıb. Vəkili Adəm Məmmədovun sözlərinə görə, V.Əliyev hesab edir ki, ömürlük həbsdən qurtulmaq üçün ona yalnız ölüm kömək edə bilər. Ona görə də ölüm aclığına başlamaq qərarını verib. A.Məmmədov əlavə edib ki, Vüqar Əliyevin keçmiş nişanlısı Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi ictimailəşəndən sonra Aslan Aslanovun oğlunun qətli ilə bağlı yenidən araşdırma başlayıb. Lamiyə Quliyeva prokurorluqda dindirilib.
 
“Lamiyə Quliyevanın ilkin ifadəsi ilə sonradan dedikləri arasında kəskin ziddiyyətlər var. Mən bütün məqamları hələlik açıqlamaq istəmirəm. Amma bir faktı nəzərinizə çatdırım ki, Lamiyə sonrakı ifadəsində Aslan Aslanovun oğlunun Vüqar tərəfindən öldürüldüyünü yazıb. Halbuki ilkin ifadəsində cinayəti özü törətdiyini yazmışdı”, - deyə Adəm Məmmədov bildirib. Vəkilin sözlərinə görə, istintaq materialları ilə tam tanış olduqdan sonra ictimaiyyətə baş verənlər barədə geniş məlumat verəcək. “Hələlik onu deyə bilərəm ki, prokurorluq əməkdaşları Vüqarı Qobustanda dindiriblər. Lakin hələ bir nəticə yoxdur. Vüqar Əliyev də işin obyektiv araşdırılmasını tələb edir”, - deyə vəkil əlavə edib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar