Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan Aslanovun adı hallanan cinayətlərin təfərrüatları


Sabiq başçı lotereyada pul udan həkimin uduşuna şərik çıxıbmış...


“Lamiyə işi” Şəmkirdə baş verən, lakin indiyədək araşdırılmamış bir çox cinayətləri, qanunsuzluqları ortaya çıxarıb. 


Şəmkirə növbəti səfərimiz zamanı Ruslan Aslanovun qətlindən əvvəl və sonra rayonda baş verənləri araşdırmağa çalışdıq.

Şəmkir bazarının sahibi Elpərəst Həsənlinin başına gələnləri rayonda bilməyən yoxdur. A.Aslanov Şəmkirin icra başçısı olduğu dövrdə onun bazarını bağlatdırıb, özünü isə həbs etdirib. Ötən sayımızda illərdir susan E.Həsənli açıqlamalarını təqdim etmişdik. Rayonda eşitdiklərimizdən belə nəticəyə gəldik ki, E.Həsənli bəxti gətirmiş Şəmkir sakinlərindəndir. Ayağını itirsə də, həyatını itirməyib...  

“Getdik gördük ki, Aybənizin meyiti ortalıqdadır”

Şəmkirin Həzi Aslanov küçəsi 78 ünvanında yaşayan  Yaqub Hüseynov A.Aslanovun icra başçısı olduğu illəri həyəcanlı günlər kimi xatırladığını deyir: “Hər gün nəsə bir pis xəbər yayılacağını gözləyirdik. Onun özü, qohum-qardaşı ağa, biz rəiyyət idik. 2001-ci ildə onun oğlu Aybəniz adlı qadını vurub öldürdü. Aybəniz mənim yoldaşımla bazarda pal-paltar satıb 3 körpəsini dolandırırdı. Rayona xəbər yayıldı ki, maşınla adam vurdular. Getdik gördük ki, Aybənizin meyiti ortalıqdadır. 3 uşağı yetim qaldı, qanı batdı. Sonra dedilər ki, qara ”07" vurub, Aslanın oğlu... Axşam da hadisə şahidlərinə gəlib təzyiq etdilər və cinayət gizlədildi. Görənləri elə qorxutmuşdular ki, onlar da dedi ki, görmədik. Aslandan bütün rayon qorxurdu, kim idi onun qabağına çıxan? Qəbuluna gedənləri söyüb yola salırdı. Nə qadın bilirdi, nə də kişi. Kimdən istəyirdi gedib hesab alırdı. Aybənizin də qətlini ört-basdır elədilər".

Aslan Aslanov həkimin lotereyadan udduğu pula şərik çıxıb

Y.Hüseynov o dövrdə icra başçısı olan A.Aslanovun həkimin lotereyada udduğu pula şərik çıxdığını da xatırlayır: “Aslan Aslanov elə bir adam idi ki, bütün sahibkarlara haqq qoymuşdu. Zakir adlı diş həkimi vardı. O, lotereyadan böyük məbləğdə pul udmuşdu. Onu kabinetinə çağırtdırıb hesab almışdı. Demişdi ki, o pulu tək yeyə bilməzsən, mənə də ver. Bütün rayonun sahibi idi, həkim pulu verməsəydi, başına min oyun açdırardı”.

10 uşağımın çörəyini kəsdi

Rayonda məskunlaşan Ermənistan qaçqını Telman Vəliyevin 70 yaşı var. Deyir ki, icra başçısının ona qarşı etdiyi haqsızlıq övladlarını orta təhsilsiz qoyub: “Şəmkirə 1988-ci ildə gəlmişəm. 10 övladım var. Uşaqlarımdan Qarabağ veteranı olanı da var. Yoldaşım qəhrəman anadır. Şəmkirdə Sabir küçəsində yaşayırıq. Ermənistandan qaçqın düşəndən sonra Şəmkirdə məskunlaşıb ”Aşıq Teymur" adına sovxozda traktorçu işləyirdim. Həmin traktor mənim çörək ağacım idi. Bunu Aslan Aslanov da bilirdi. Bir gün adam göndərdi ki, traktoru versin, alıb təzəsini verəcəyik. Əlimdən traktoru alıb satdı. Aslan məndən traktorumu aldı, uşaqlarımı ac qoydu. Uşaqlarıma paltar alıb məktəbə göndərə bilmədim. Oxuya bilmədi uşaqlarım. Dəfələrlə getdim, qəbul eləmədi. Yazdım, qulaq asmadı. Yalandan dedi ki, narahat olma, traktoru qaytaracağıq. Torpağımı da vermədi. Aldatdı məni. Gəldilər qapıdan traktoru apardılar. Dedilər ki, guya hökumətindir, hökumətə qaytarır. Bu gün də işığım, qazım borcladır. Bizə qarşı belə bir Allahsızlıq elədi. Bu gün o traktorum olsaydı, uşaqlarla biçin vaxtı pul qazanıb dolanardıq. Oğlum Oruc Vəliyev Qarabağda minaya düşüb. Veterandır. Mənim və yoldaşımın aldığı təqaüd dolanışığımıza çatmır. 10 uşağımın çörəyini kəsdi. Bu gün də özümə gələ bilməmişəm. Dövlətə müraciət edirəm ki, mənə qarşı haqsızlığı aradan götürsün". 

“Döyürdülər, çəkiclə vururdular, təpikləyirdilər...”

Arzu Sadıqov haqda ötən saylarımızda yazmışdıq. Onu 2003-cü ildə R.Aslanovun ölümündən sonra tutublar. R.Aslanovun qətlində istifadə edilən bıçağı Vüqar Əliyevə o satıb. İstintaq zamanı onu yalan ifadə verməyə məcbur ediblər. Amma düzünü deyib: “Məni tutandan sonra döyürdülər. Tələb edirdilər ki, bıçağı Vüqara deyil, onun atasına satdığımı deyim. 7 ay həbsdə saxlayıb başıma oyun açdılar. Deyirdilər ki, bıçağı Vüqarın atasına verdiyini de. Döyürdülər, çəkiclə vururdular, təpikləyirdilər. 7 ay ”içəri"də, sonra da bayırda mənə zülm verdilər. Onlara deyirdim ki, Vüqar heyvan kəsib ət satırdı. Bıçağı da ona satmışam.  Təzyiq edirdilər ki, de bıçağı atasına vermisən. Mən də həqiqəti deyirdim. Evimizdə çörək olmamışdı, bıçağı Vüqara satmışdım ki, çörək almağa pulumuz olsun". 

“Aslan bu gün də etdiklərinə görə cəzasız qalıb”

R.Aslanovun qətlinə görə hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin əmisi Əli İsmayılov həmin günləri xatırlayərkən həyəcanını gizlədə bilmir. Deyir ki, oğlunun qətlindən sonra A.Aslanov onların ailəsinə qarşı qəddarlıq edib: “İpək Yolunda işləyirdim. Aslan Aslanov məni işdən çıxartdırdı. Yol polisində işləyən qohumu Orucu iş yerimə göndərib işdən qovdurdu. 86 yaşlı anamın təqaüdünü kəsdilər, uşaqlarımı məktəbdən çıxardılar. Yoldaşımı həbsə aldılar. 2 ay yoldaşımı heç bir günahı olmadığı halda həbsdə saxlatdırdı. Teleqramlarıma, məktublarıma reaksiya vermirdilər. ABŞ səfirliyinə, Elçin Behbudova, Elmira Süleymanovaya yazdım. Özümü şərlədilər. Məni incidirdilər. Deyirdilər ki,  niyə vəkil tutub özünü, yaxınlarını müdafiə edirsən. Aslan bu gün də etdiklərinə görə cəzasız qalıb. Ona deyən lazımdır ki, vaxtında uşağının qarşısını alardın, özünü və camaatı da bədbəxt etməzdin. Vüqarın günahı yox idi. Ona Aslanın oğlu ilişirdi. Vüqarın işlədiyi dükanın qabağından o yan-bu yana maşınla keçib söz atırdı. Aslangil Şəmkirdə neçə adamın ölümünə bais oldu.  Həmin ölümləri bu gün də araşdırmayıblar. ”Lal Nazim"i, Aybənizi vurub öldürüblər. Qoyublar başqalarının üstünə. Bu məsələləri də, bizə qarşı etdikləri cinayətləri də araşdırsınlar". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar