Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astara bulvarının “astar üzü” - gizli pullar...


Rayonda salınan möhtəşəm bulvara xərclənən 4 milyon maliyyənin qaynağı müəmma olaraq qalır; icra başçısının iş adamlarından pul topladığı iddia olunur; kasıb camaata İrandan ərzaq gətirmək də qadağan edilib...


Astarada möhtəşəm bulvar salınır. Bayram günlərində bu cənub şəhərində olarkən rayonda görülən ən son yenilik bu xəbər idi.

 Dənizkənarı ərazidə əhali üçün istifadəyə veriləcək bulvarın qarşısında yeni evlər də tikilir.

Bakı bulvarı ilə rəqabət aparacaq bu park-bulvarın tikintisinə 2014-cü ilin aprelində başlanılıb. 8 hektar bataqlıq sahəni abadlaşdıraraq salınan park-bulvarın tikintisi üçün 250 min kubmetrə yaxın torpaq daşınıb, sahilboyu 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir beton konstruksiya ilə betonlanıb. 

Bulvar ərazisində əyləncə mərkəzinin, çay evi və kafenin, çimərlik futbolu, çimərlik voleybolu və açıq fitnes meydançalarının yaradılması nəzərdə tutulub.

Bundan əlavə, rayona gələn turistlərin və qonaqların istirahətini təmin etmək üçün bulvara yaxın ərazidə olan mövcud bina yenidən qurularaq 3 mərtəbəli hotel inşa edilib. 
Eyni zamanda, hotelin yaxınlığında 12 ədəd 2 mərtəbəli kottec də tikilir. Bulvarın rəsmi açılışı olacağı və ölkə başçısının da iştirak edəcəyi gözlənilir. Astaralılar qeyd edirlər ki, çox yaxşı layihədir, əmma..

Amma bulvarın salınmasına xərclənən vəsaitlərin mənbəyi haqda səhih məlumat verilmir. Tikinti işlərini hansı şirkətin həyata keçirdiyi və sərf edilən maliyyənin dövlət büdcəsindən yoxsa, başqa qaynaqdan olduğu açıqlanmır. Rayonda yayılan bəzi xəbərlərə görə, Astara gömrüyünün bu işlərin təşkilində maliyyə iştirakı var. Sadəcə, rayon icra hakimiyyətinin adına çıxarılıb. Bəzi məlumatlarda isə icra başçısı Qəzənfər Ağayevin büdcə təşkilatlarının və iş adamlarının hesabına bulvarı inşa etdiyi iddia olunur. Üstəgəl, bulvar ərazisində fəaliyyət göstərəcək iaşə obyektləri indidən satışa qoyulub. Bulvarda çayxana, restoran və digər iaşə obyektləri işlətmək istəyənlərdən pul alınır. Yəni həmin sahibkarlardan bəri başdan pul tələb olunur ki, iaşə obyektlərini də özləri inşa etsinlər. Büdcə təşkilatı rəhbərlərinin hər birindən isə 5-10 min manat civarında pul toplanıb. Ümumilikdə bulvara yarım milyona yaxın maliyyə xərcləndiyi təxmin edilir. 

Sakinlər gömrükdən gələn gəlirlərin də bulvarına tikintisində rolunun olmasını təkid edirlər. Güman olunur ki, bu layihədə gömrüyün də payı var. Bunun mərkəzdən gələn təlimat olduğu hesab edilir.  Ancaq bəzi xəbərlərdə bulvarın tikintisi üçün rayonun daxili büdcəsindən indiyə kimi 4 milyon manata qədər vəsait xərcləndiyi söylənilir. İddialar belədir ki, bu parka ayrılan vəsaitin 2 milyon manatı silinib. Kəsəsi, Astara bulvarının “astar üzü” müəmmalıdır. 

Bilinən budur ki, rayonda geniş bulvar olacaq. Sakinlər bildirirlər ki, bulvarda xidmət göstərəcək kafe-restoranlarda tariflər əhalinin cibinə uyğun olmalıdır. Astaralılar danışırlar ki, əgər xalq üçün bulvar salınırsa, onda qiymətlər də nəzərə alınmalıdır. Bununla belə, iş adamlarının iaşə obyektlərinə sərf etdiyi pulları ilkin mərhələdə kompensasiya etmək üçün qiymətlərin qeyri-münasib olacağı ehtimal edilir.  

Astaranın sosial problemləri, işsizlik, əkinçiliyin, çəltik becərilməsinin çətinliyi əhali üçün bir ümid yeri qoyub - İran. Bu bölgənin ən yaralı yeri də Astara gömrüyüdür. Dəfələrlə yazılmasına baxmayaraq, artıq İranla sərhəd məntəqəsində yazılmamış qanunlar öz qüvvəsində qalır. Bu keçid məntəqəsində nələr baş verdiyini bilmək üçün ya 1 saatlıq giriş qapısında müşahidələr aparmaq, yaxud da arxiv materialları qurdalamaq kifayətdir. 
Amma Astarada olarkən öyrəndiyimiz ən son xəbər ondan ibarətdir ki, faktiki heç bir məhsulu keçirməyə icazə verilmir. Əvvəlki aylarla müqayisədə, indi təkcə 10 kilo kartof buraxılır. İranda 10 kilo kartof 2 manat 50 qəpik edir. Azərbaycanda isə bu çəkiyə 6 manat 80 qəpik ödəməlisən. Odur ki, əhali heç olmasa kartofu İrandan ala bilir. Siqaret də ucuz olmasına baxmayaraq, qəti şəkildə buraxılmır. Gömrüyün Abbas adlı monopolist məmuru siqaret məmulatlarının İrandan ərazimizə keçidi qeyri-rəsmi yasaqlayıb. 
“Uzaqbaşı bir blok ”MM" siqareti keçirmək istəyirəm. Ancaq qoymurlar. 

Siqaret mafiyası imkan vermir. Mən bunu satış məqsədi ilə İrandan gətirmirəm ki? Özümə alıram. Ona da icazə yoxdur. Burda dəhşətli vəziyyətdir. Heç nə keçirə bilmirik. Get-gedə vəziyyət pisləşir. Qabaq yenə toyuqdan, banandan, düyüdən, yağdan az-az keçirmək olurdu. Bu manat düşəndən sonra bir az da qaydalar sərtləşib," - deyə astaralı Namiq gileylənir. 

Onun sözlərinə görə, İrana gedən Azərbaycan vətəndaşlarının əksəriyyəti günün ikinci yarısında geri qayıtmağa çalışır. Buna görə də axşamüstü Astara gömrüyünün qabağında sıxlıq olur. Geri qayıdanların  alıb gətirdikləri nə varsa əllərindən alınır və heç bir sənəd də verilmir. 

Pensər kənd sakini Niyaz deyir ki, iki toyuq, bir kilo kişmiş, bir kilo da pendir alıb: “Olmaz deyib, buraxmadılar. Özlərinə götürürlər, nə bilirik. Heç protokol da yazmırlar. Belə cəngəllik qanunları ilə idarəçilik olmayıb. Bananı da Ebola bəhanəsi edib qoymurlar. Dəhşətdir, dəhşət”. 

Sakinlər bildirirlər ki, istilik sisteminin cihazları İranda ucuzdur. Vətəndaşlar isə gömrük buraxmır deyə almağa risk etmir. 

Gömrük belə izah edir ki, İrandan gətirilən qızdırıcını burda quraşdırmaq qadağandır və standartlara uyğun gəlmir. Amma İrandan gələn sertifikatı olmayan sobalar var ki, mağazalarda satılır. Qızdırıcıya isə icazə verilmir.

Xatırladaq ki, Gömrük Komitəsi hər bir vətəndaşa bir kiloqramdan artıq yük gətirməyə icazə vermir. Bu, artıq qısa və rəsmi açıqlamadır. Əgər yük artıqdırsa gəldiyi ölkəyə qaytara bilərlər. Hüquqşünaslar isə bildirirlər ki, 2013-cü il oktyabrın 12-də 305 nömrəli qərar çıxıb. 

Qərara görə, hər bir vətəndaş İrandan hər şeydən iki dənə ala bilər, 1500 dollar dəyərində. Əgər yanında azyaşlı uşaq gedirsə, 500 manat da onun hesabına ola bilər. Qərarda deyilir ki, vətəndaş 10 kiloqramdan artıq ərzaq ala bilməz. Amma hər gələn saxlanılır, malı əlindən alınır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar