Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astarada otel yanıb


Astara rayonunda güclü yanğın olub


Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 21-də gecə rayonun Pensər kəndində, 1956-cı il təvəllüdlü Əliheydər Əli oğlu Həmzəyevə məxsus üçmərtəbəli binada qeydə alınıb.

Yanğının söndürülməsinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyi ilə obyektin 3-cü mərtəbəsində yerləşən hoteldən 3 nəfər təxliyə edilib, həmçinin hotel və ikinci mərtəbədəki çayxana yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 420 kv.m olan obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazası 100 kv.m sahədə yanaraq yararsız hala düşüb Faktla bağlı araşdırma aparılır.

Hadisə barədə FHN də məlumat yayıb.

Məlumatda bildirilir ki, Astara rayonu, Pensər kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan üçmərtəbəli obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazasının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Hadisə zamanı 3-cü mərtəbədə yerləşən hoteldən yanğınsöndürənlər tərəfindən 3 vətəndaş təxliyə edilib. 2-ci mərtəbədə çayxana, 3-cü mərtəbədə isə hotel yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar