Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atam öldü, Akif Səməd doğuldu


Bu gün şair Akif Səmədin anım günüdür


Şairin oğlu Ulucay Akifin atası haqda yazısını təqdim edirik
 
Bu mövzu mənim həyatımın ən vacib mövzusu olsa da bacardığım qədər qısa bir yazı yazmağa çalışdım.
 
Çünki həm mövzu yazdıqca bitməyəcək bir mövzudur, həm də hələ mənim qələmim Akif Səməd haqqında söz deyəcək qədər güclü deyil.
 
Bu gün atam Akif Səmədin sənədlərdə öldüyü, mənim üçünsə doğulduğu gündür. Belə deyirəm, çünki atam öldüyündən sonra mən Akif Səmədi kəşf etdim. Şair Akif Səmədi.
 
Oğul kimi atamdan çox, qələm adamı kimi özümə ustad bildiyim şairin ölümünə üzülürəm. Mənim erkən yaşda atamı itirməyim kiçik dərd, ədəbiyyatın isə belə şairi erkən itirməsi böyük dərddir. Atam haqqında xatirələrimi danışmaq istəmirəm, çünki Akif Səməd yaradıcılığından danışmaq daha düzgün olar. Həmişə özümə rəqib bildiyim bu şairin şeirlərində bir söz belə boşuna işlənməyib.
 
Elə divarlar aşmışıq,
Qardaş, ölüm nəmənədi?
Elə yüklər daşımışıq,
Qardaş, ölüm nəmənədi? 
 
Ölümsüzlük zirvəsinə çataraq Nizamilər, Fizulilər, Nəsimilər, Hadilər kimi tək amalının son nəfəsinə kimi doğruları söyləmək olduğunu da sübut etdi.
 
Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış,
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.
 
Cəmi 45 il ömür sürən bu sufi şairin şeirlərində əsrlərin təcrübəsi və bütün insanlığın fəryadı sezilir. Atam öldüyündə mənim 9 yaşım var idi. Bir bənd də olsun şeirini əzbər bilmədiyim atamı – Akif Səmədi şair olaraq ölümündən sonra kəşf etdim. Onun ölümündən sonra məndə şeirə maraq yarandı. Birinci şeirimi qaraladığım gecə atam yuxuma girdi və mənə belə dedi: "Mən yoxam deyə ağlama, mən artıq səndəyəm. Məni həmişə ruhunda, qəlbində hiss et". O yuxunun təsiri hələ də keçməyibdi. Atam ölümündən sonra mənə böyük bir miras buraxdı. Buna görə də ölümünə o qədər üzülmürəm. Bu miras SÖZ idi, şeir idi, ədəbiyyat idi. Gördüyüm o yuxudan sonra özümdə Akif Səməd ruhunu hiss etməyə başladım. Atamın qəlbimdə olduğunu, ölmədiyini, məni tərk etmədiyini anlamışam artıq.
 
Bəlkə də atamın yazmaq istəyib də yaza bilmədiklərini mənim qələmim yazır və mən sadəcə bir vasitəçiyəm.
 
Bəlkə də mən Ulucay Akif yox, Akif Səmədəm. (kulis)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar