Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atambayevin xəstəliyi məlum oldu

Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin ürəyində aritmiya və həzm sistemində problemlər var


PİA.AZ report-a istinadən bildirir ki, bunu prezidentin mətbuat katibi Almaz Usenov sosial şəbəkədəki səhifəsində yazıb.

O qeyd edib ki, A.Atambayev hazırda Moskvada Rusiya prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinikasında müalicə olunur: "Həkimlər müayinə etdikdən sonra onun ürəyindəki xəstəliyi müalicə ediblər. Hazırda ürək ritmində pozulma halı tamam aradan qaldırılıb".

Mətbuat katibi bildirib ki, Qırğız Respublikasının prezidenti 2008-ci ildə zəhərləndirildikdən sonra həzm sistemindən Türkiyədə cərrahiyyə əməliyyatı olunub: "Almazbek Atambayev həzm sisteminin proflilaktikası məqsədi ilə endoskopik arqon-plazma ablyasiyası edilib. Həkimlər onun səhhətində əhəmiyətli dərəcədə irəliləyişin olduğunu bildiriblər".

A.Usenov deyib ki, ölkə prezidenti bu həftənin sonunda xəstəxanadan evə buraxıla bilər.

Xatırladaq ki, Qırğız Respublikasının prezidenti sentyabrın 19-da ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edərək, Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edirdi. Sentyabrın 23-də isə müalicəsinin davam etdirmək üçün o, Moskvaya gedib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar