Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atamın adına olan küçədən keçdim...



Hər dəfə ora gedəcəyim qərarını verəndə içimə qəribə hisslər dolur


 Ora mənim həyatımın ən acı günlərini paylaşdığım yerdir. Ora həm də mənim uşaqlıq illərimin qıfıllandığı sandıqdır... Düşüncələr içində saatlar bir-birini qovur, gözümün qarşısında tamamilə dəyişib, daha da gözəlləşmiş şəhər canlanır... 

O şəhərdə güllə, top, tüfəng səslərindən heç bir uşağın qorxmadığını öz gözlərimlə gördüm. Siz indi o şəhərin böyüklərini, oğullarını düşünün... Bəlkə də hələ anlamırdıq müharibənin nə demək olduğunu... Bilmirəm... Amma bir bildiyim o ki, bir nəfər əliyalın belə o torpağı tərk etmədi... Eləcə də, vətənimizin bütün yerlərindən buranı qorumağa gələn oğullarımız oldu, hətta yaşı çatmayanlarımız belə əlinə silah götürüb, canım sənə fəda, vətən, dedilər... Dedilər! Sözün əsl mənasında... 

Qarşımda işıqlı və gözəl şəhər canlanmışdı axı... O şəhərin adı Tərtərdir... Qarabağ savaşı zamanı öz oğullarıyla qəhrəmanlıq göstərən Tərtər... Atamın canını qoyduğu, “harada şəhid olsam, o torpağa gömün məni”, -  dediyi torpaq... Şəhərin küçələrini qarış-qarış gəzdim. Məhəmməd Əmin Rəsulzadə, Mikayıl Müşfiq, Fikrət Əmirov, Həsən bəy Zərdabi, Abbas Mirzə Şərifzadə və s, və i.a. Atamın adına olan küçədən keçərkən yoldan ötən birinə “bura hansı küçədir?” soruşdum. Famil Qulami küçəsi... Onun adının verildiyi küçədən keçmək, birinin dilindən onun adını eşitmək necə fəxarətdir, bir bilsəniz... Görməsəm də onun bu torpağı qorumaq üçün necə qəhrəmanlıqlar etdiyini hiss etmək o qədər də çətin deyil. Onunla birgə bu torpaq uğrunda savaşanlar kimi... 
Atama qohumlar, tanışlar müharibəyə niyə getməməsinin səbəblərini açıqlayanda, o, “mən getməsəm, o getməsə, vətən əldən gedər axı”, -  dedi və getdi... Əslində o zamanlar uşaq olsam da, elə maraqlı və həyəcanlı gəlirdi ki, müharibə. Uşaq idim, ona görə də əyləncəli gəlirdi, hər iki tərəf oynayacaq, oyun bitəcək düşünürdüm bəlkə də... 
Bakının şən uşaq səsləri bürüyən məhəlləsindən qopub gələn uşaqlığı düşünün, bir də güllə, top səslərini sayan uşaqlığı... Hər iki uşaqlıq arasında dayanan o uşağı da... 

Atəş səslərini eşidib əlinə silahı alanda, qaçıb qardaşımın şalvarını geyinib, mən də səninlə gedəcəm deyirdim. Gedərdim də. Atam, anam bizə ta uşaqlıdan vətənə bağlılıq öyrədib. 
İmkan etdikcə savaş bölgəsindən bizi görmək üçün Bakıya gəlirdi, “Əsgər marşı”, “Azərbaycan himni”ni qalxıb oxuyurduq o içəri girən kimi... 
İqtisadçı idi özü. Həyatı demək olar ki, ezamiyyətlərlə keçib. Özümü tanıyandan toplasan, bəlkə 2 il onu doyunca görməmişəm. Amma sevgi elə bir şeydir ki, sevmək üçün illərə ehtiyac yoxdur. Onu hiss edib sənin qanın, canın olduğunu duyursansa qarşılıqlı olaraq sevəcəksən, dəyər verəcəksən, onsuzluğu ağlına belə gətirməyəcəksən...  

Onun qarşısında hər zaman o 9 yaşlı qızcığazam. Hər dəfə məzarı üstünə gedəndə, sanki gülümsəyir gözləri, vidalaşanda kədərlənirmiş kimi görünür gözlərimə... Hər dəfə onu düşündükcə bu vətəni daha çox sevirəm, daha çox bağlanıram. Bəzən müharibə olsa, deyirlər ki, xeyr ola, mən getməyəcəm, məmur övladları getməyəcək, mənmi getməliyəm?! Anlamırlar, bu sevgini bilmirlər... Bu vətən hamımızındır, sənindir, mənimdir, onundur... Sevən sevəcək, sevməyənlərə də elə bir sevgi göstərməliyik ki, sevməyi öyrənsin. Sevməmək qəbahət deyil, qəbahət sevgini göstərə bilməmək, duydura bilməməkdir... 

Düzdür, əlbəttə ki, müharibənin olmasını istəmirəm, əlbət ki, istəmirəm. Heç bir övladın mənim və digər şəhid övladlarının çəkdiyi acıları, çətinlikləri çəkməsini istəmirəm. Bəzi qüvvələr bəzən bizlərdən istifadə edərək, zəif damarımıza basaraq, baxın, heç bu hakimiyyət sizin qədrinizi bilmir kimi cümlələri işlədir. Hardasa haqlı ola bilərlər; amma əsas qeyd etmək istədiyim bu ki, atam getdi, öz canını fəda elədi. Bunun qarşılığında heç nə tələb etmədən... Mövzudan yayınıram bəlkə də, amma çox istərdim bu fikri qabardım. Şəhid övladları, qazi övladları xüsusi qayğı görməlidir deyə bir şeyin olmasını dəstəkləmirəm. Ya bu, digər valideynlərini itirənlərə haqsızlıq olmazmı? Mənim atam şəhiddir, dövlət mənim maddi ehtiyaclarımı təmin etsin, bəs digərləri? Dövlətin öz vətəndaşını maddi ehtiyacları təmin etməsi kimi bir öhdəliyi var, bəli, amma bu bütün vətəndaşlarına aid edilməli... İstəmirəm, arkadaş... Ayırmasın məni... Ancaq atalarımıza dəyər verilsin. Şəhidlik baş tacıdır, qürurdur, fəxrdir hisslərinə sadiq qalaq. Şəhid olmaqdan qorxmayaq... 

Əlbəttə, yenə təkrar edirəm, istəmirəm müharibə olsun amma bəzən düşünürsən ki, bizim vəziyyətdə bu qaçılmazdır, hazır olmalısan... Sevməlisən, sevdirməlisən bu torpağı...  Gənclərimiz dövlət qayğısından məhrum olmamalı, cahillikdən xilas olmalı, elmə-savada yiyələnməli. Həm də bu qədər dərdimiz varkən, Güney Azərbaycan, Qarabağ ağrımız, Borçalı, Qarayazı, Dərbəndimizdən ayrı pərən-pərən olmuşkən... 

Biz savadlanmalıyıq, cahilliyin daşını atmağın zamanı gəldi də, keçdi belə... Hamımız bunu bilməliyik. Hamımız bilirik ki, millətimizin savadsızlığından bu günlərədək özümüzü təsdiqləmək zorundayıq. Oxumaq, savadlanmaq lazımdır ki, sənə verilən hər bir problemi səbrlə həll edə biləsən. Örnək olasan... 

Bütün hallarda sözün əsl mənasında savadlı insanlar bu ölkəni xilas edəcək. Bu ölkənin ziyalıları da bu məmləkəti, insanını sevmək zorunda. Başqa cür mümkün deyil. Ya olacaq, ya olmayacaq. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar