Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atası Emil Balayevin düşdüyü qəza haqda...


"Emilin qəza törətməsi ilə bağlı məlumatlar doğrudur. Hadisə dünən baş verib"


PİA.AZ bildirir ki, bunu apasport.az-a "Qarabağ"ın qapıçısı Emil Balayevin atası Nazim Balayev deyib.

Gənc qolkiperin idarə etdiyi avtomobil dünən Əmircan qəsəbəsində başqa bir maşınla toqquşub. Nəticədə digər avtomobildə olan 6 aylıq Xalid Bağırov dünyasını dəyişib.
 
Hadisənin təfərrüatlarını danışan Nazim Balayev qəzanın anidən baş verdiyini söyləyib: "Dəmiryolunu keçdikdən sonra sol tərəfdə olan yolda qarşı tərəfin idarə etdiyi avtomobil sürüşərək ağaca çırpılıb. Emil də maşını saxlaya bilməyib, arxadan ona dəyib. Özü də hadisədən sonra oranı tərk etməyib, dərhal təcili tibbi yardım maşınını çağırıb. Uşaq arxada anasının qucağında olub, hadisə zamanı başından zərbə alıb. Allah rəhmət eləsin".
 
Ata Balayev zərərçəkən Əbdülbağır Bağırov və həyat yoldaşı Günel Bağırovanın hazırda xəstəxanada olduqlarını söyləyib. Nazim bəy qarşı tərəfin bununla bağlı şikayət etməyəcəyini də sözlərinə əlavə edib: "Rəhmətə gedən uşağın atası hazırda xəstəxanadadır, əməliyyat olunub. İndi vəziyyəti normaldır. Anasının da durumu normaldır. Zərərçəkənlərlə və onların qohumları ilə görüşdüm, hər şeyə aydınlıq gəldi. Bilərəkdən olmayıb. Orada hansısa sürətdən və ya yarışdan söhbət gedə bilməz. Qarşı tərəflə söhbət elədim, şikayət etməyiblər. Belə bir olay hər kəsin başına gələ bilər. Həmin vəziyyətdə biz də ola bilərdik. Allah onların köməyi olsun. Daim onların yanında olacağıq".
 
Balayev oğlunun bir qədər öncə polis bölməsində olduğunu, lakin hazırda harada olması barədə məlumatı olmadığını da vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar