Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atatürkün öz hesabına İrandan aldığı torpaqların səbəbi - Faktlar


Uzaqgörənliyi və uğurlu siyasəti ilə hər zaman diqqət mərkəzində olan Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk haqqında son günlərdə dünya mediasında maraqlı informasiyalar yayımlanıb


Atatürkün illərdir gizli şəkildə qorunan əlyazmalarından sonra bu dəfə də onun öz hesabına İrandan torpaq alması xəbəri gündəmi zəbt edib, dünya mediasında geniş müzakirələrə səbəb olub.

Mustafa Kamal Atatürkün inanılmaz zəkası, Türkiyə mövzusunda addım atmaq istəyən bütün liderləri iki dəfə düşünməyə vadar edirdi. Onun ən gözəl addımlarından biri Türkiyənin bütün Türk xalqları ilə əlaqələrinin yaradılması istiqamətində olub.

Naxçıvan Azərbaycan ərazisinə daxil muxtar respublikadır. Eyni zamanda Naxçıvan Türk dövlətləri içində Türkiyə ilə quru sərhədi olan yeganə ərazidir.

Türk mətbuatında yayımlanan materiallarda Atatürkün siyasəti nəticəsində Naxçıvanın ayrı Muxtar Respublika olması qeyd olunub.

Türkiyənin ən yaxın sərhədlərindən biri Naxçıvandır. Ermənistan ilə İran arasında qalan Muxtar Respublika Türkiyənin İğdır bölgəsi ilə qonşuluqda yerləşir. Sərhədin ümumi uzunluğu isə 12-13 kilometr təşkil edir. Çox adamın bilmədiyi incə bir məqam daha var. Türk dünyasına açılan yeganə qapı olan Naxçıvan sərhədi o dövrdə Mustafa Kamal Atatürk tərəfindən "şəxsən öz vəsaiti" hesabına İrandan alınan torpaqlardan ibarətdir. Hazırda Naxçıvan ilə Türkiyə sərhədi ərazisində yerləşən torpaqlar türklərə məxsusdur.

Materialda qeyd olunan məlumata görə, Atatürk dahi və uzaqgörən lider olduğunu bu addımı ilə bir daha sübut edir.

O dövrün şərtlərinə görə, uzaqgörən siyasəti ilə Atatürk bütün dövlətlərlə Türkiyə arasında yarana biləcək hər hansı gərgin münaqişələrin qarşısını almağa çalışıb. O dövrdə Türkiyənin vəziyyətini nəzərə alan Atatürk, bölgənin yuxarısında Sovet Rusiyası və Ermənilərin, aşağı istiqamətdə isə İranın yerləşdiyini bilirdi. Gözlənilməyən səbəblərdən ölkələr arasında münasibətlər pozularsa Türkiyənin, Türk dövlətləri və Orta Asiya ilə əlaqəsinin itməməsi üçün dövlət xəzinəsindən istifadə etmədən, öz şəxsi hesabına o torpaqları alıb və Türkiyə Cümhuriyyətinin tərkibinə qatıb.

90-cı illərin əvvəllərində Sovet Rusiyasının dağılmağa başladığı bir ərəfədə fürsətdən istifadə etmək istəyən ermənilər Rusiyadan aldıqları silahlarla Naxçıvana hücum edərək bölgəni ələ keçirməyə çalışıb. Bunu başa düşən Türk hökuməti sərhəd qapısından Naxçıvana silah və dərman yardımı göstərib. Naxçıvanın işğal olunmasının qarşısını alan bu addım sonradan Naxçıvanın müstəqilliyini elan edib muxtar Respublika olmasında önəmli rol oynayıb.

Dahi Mustafa Kamal Atatürk uzaqgörən siyasəti və dərin zəkası sayəsində təkcə türk xalqını deyil, eləcə də bütün Türk dünyasında yaşayan vətəndaşların həyatını və gələcəyini xilas etməyə nail olub.(Publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar