Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atəşkəs dövrünün adamları...


Namidə BİNGÖL yazır


İtirilən torpaqların qisası hələ alınmayıb. Bu o demək deyil ki, Azərbaycan oğulları vətənpərvərlik hissini çoxdan itirib. Sadəcə, sivil qaydalara uyğun olaraq beynəlxalq hüquqi prosedurlar, insan haqqlarının mühafizəsi, beynəlxalq münasibətlər  səviyyəsində yazılan qanunlar var.

Siyasi qovluqlara əsaslansaq, atəşkəs dövründə başımızdan bir tük belə əskilməməlidir. Amma, bu əmmalar olmasa. 
Həftənin əsas hadisəsi haqqında danışmaq istəyirəm. Məncə, yola saldığımız həftənin ən əsas olayı da elə girovlarımız oldu.  

Bir həftədən çoxdur ki, ermənilər tərəfindən girov götürülən 3 soydaşımız haqqında  məlumat əldə edə bilmirik. Düşmən tərəfi ya susur, ya da  təxribat xarakterli informasiya ötürməklə məşğuldur. Əslində, təəccüblənəcək heç nə yoxdur. Xocalı faciəsini törədən erməni faşizmindən “xeyirxah əməl” gözləmək sadəlövhlük olardı.

Maraqlı bir məqam daha. Hadisədən dərhal sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyan ata-baba yurdlarını ziyarətə gedənlərin “diversant” olduğunu deyib. Hətta, soydaşlarımızın mühakimə ediləcəyinin labüdlüyünü diqqətə çatdıran Seyran Ohanyan,  Ermənistan qanunlarına və beynəlxalq normalara söykənsə də çox gözəl bilir ki,  Beynəlxalq Humanitar Hüquqa əsasən, girovlar mühakimə olunmur. Deməli, özlərini şah kimi təqdim etməyə çalışan düşmən ordusunun “general”ı qanunların şah olduğu qənaətindədir. 

İndi hər kəsi girovların sağ-salamaq geri qaytarılması düşündürür. Bunun üçün beynəlxalq təşkilatlara, BMT-yə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, AŞ-ya, Qırmızı Xaç Komitəsinə, müraciətlər davam edir.

Girovlar məsələsində diqqət çəkən bir çox məqamlar var. Təəssüfdoğurucu olsa da mütləq deməliyəm. “Məcburi köçkünlər o torpaqları çoxdan unudub”,  “belə vətən-vətən deyirlərsə gedib işğal altındakı torpaqları  azad etsinlər”,  “qaçqınlar Bakıda görmədikləri günü görüblər, bir də o torpaqlara qayıdarlarmı?” kimi ifadələrlə tez-tez qarşılaşırıq.  


Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Kəlbəcərə səfər etmələri başından yekə-yekə danışan “qəhrəmanlar”ın ağzına qıfıl vurdu.

Maraqlıdır,  xarabalığa çevrilən  torpağa ayaq basmaq, uçulub- dağılan məzarları ziyarət etmək  kimə və nəyə lazımdır?!

Dilqəmi də, Şahbazı da, Həsəni də doğma yurd sevgisi, vətən həsrəti  özünə çəkib.

Ola bilər ki, bəzilərimiz üçün  Moskvanın, Vaşinqtonun, Londonun gecələri əvəzolunmazdır. Antalyada, Dubayda  50 dərəcə isti olmasına baxmayaraq,  həftələrlə dincəlmək üçün sinov gedirik.

Amma, Kəlbəcərin bir qarış torpağı, bir cansız daşı  üçün düşmənin snayperi qarşısında mətin dayana biləcək  oğullarımız var. Bu məqamları gözdən qaçırdığımıza görə təəssüf edirəm.

Bir nüansı da qeyd etmək istəyirəm. Ermənilər tərəfindən girov götürülən soydaşlarımızın kəlbəcərli olması aramızda olan bəzilərinin “sanki yad planetdən gələn insanların taleyi ilə maraqlanırlarmış” kimi davranmaları növbəti təəssüf hissinə yol açdı. Girovlarımız ağdamlı, şuşalı, laçınlı, cəbrayıllı da ola bilərdi. Fərqi nədir ki! Məgər  şəxsi intriqalar hesabına  bir-birimizə balta çalmaqdan yorulmadıqmı?! Xüsusilə, informasiya üzərindən savaş açıb bir-birimizin üstünə “hoppanmaq” bizə əlavə divident qazandıra biləcəkmi?! Bu cür məsələlərdə diqqətli olmalıyıq.

İşğal altında bizsiz “mələyən” torpaqlar kəlbəcərlinin, ağdamlının laçınlının, şuşalının, cəbrayıllının şəxsi biznesi üzərində qurulan məkanlar deyil.  O torpaqlar bizim hamımızındır. Biz azərbaycanlılarındır.(modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar