Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avro antirekordları yeniləməkdədir


Avronun məzənnəsi Azərbaycanda və dünya birjalarında antirekordlara imza atıb


“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnələrinə istinadən xəbər verir ki, 1 avro ölkəmizdə 0,8897 manata satılır. Bununla da, Avrozonanın rəsmi valyutasının manata nisbətdə məzənnəsi 13 illik minimum həddinə düşüb. Sonuncu dəfə 2002-ci ilin mayın 19-da avronun rəsmi məzənnəsi 0,8888 manat olub.
 
Yerli ekspertlər hesab edir ki, manat ABŞ valyutasına bağlı olduğundan dolların avroya qarşı dəyişmə dinamikası manatda da baş verir. Avropa Mərkəzi Bankının müvafiq qərarı avronu Azərbaycanda bir günə 1% ucuzlaşdırıb. Avropa Mərkəzi Bankının qərarı barədə bir qədər sonra... Ümumiyyətlə isə yanvar ayında avro manata münasibətdə 3,8% ucuzlaşaraq 1 manat üçün 0,9245 manatdan 0,8897 manata düşüb. Dünya bazarlarında avro dollara münasibətdə ucuzlaşdıqca, bu, manata münasibətdə də ucuzlaşacaq.
 
Ekspertlər hesab edir ki, avronun ucuzlaşması Avropadan Azərbaycana idxalın artmasına səbəb ola bilər. Digər tərəfdən, baş verən proses Azərbaycanın ixracına da mənfi təsir edə bilər.
 
Bununla yanaşı, valyuta ehtiyatlarımızdakı həm depozit, həm də qiymətli kağız şəklində yerləşdirilmiş avro aktivləri dəyərini xeyli itirə bilər.
 
Bundan başqa, Azərbaycan banklarında avro ilə yerləşdirilən əmanətlər dəyərini itirə bilər. İtki hansı həcmdə olacaq, bunu zaman göstərəcək. Daha doğrusu avronun məzənnəsinin reabilitasiya dövrünün nə qədər çəkəcəyi vaxt. Lakin bir maraqlı məqam var ki, hazırda Azərbaycanda əmanətlərin təxminən 4%-i avroda yerləşdirilib. Bu isə təxminən 280 mln. manat dəməkdir. Deməli, söhbət təkcə yanvar ayında təxminən 11 mln. manatlıq itkidən gedir.
 
Bütün bunlara rəğmən, bir şeyi unutmaq olmaz ki, manat uzun müddət ərzində sabitliyini qorumağı bacarıb.
 
 
Avro yalnız Azərbaycanda ucuzlaşmayıb. Belə ki, ötən gün birjalar bağlananda 1 avro 1,1368 dollara satılıb. Bununla da, Avropa Mərkəzi Bankının mart ayında kəmiyyətcə yumşaldıcı proqramın genişləndirəcəkləri ilə bağlı qərarı fonunda avronun dollara qarşı məzənnəsi 11 illik minimuma enib. Yeri gəlmişkən, Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi bəyan edib ki, proqram çərçivəsində mart ayından etibarən 2016-cı ilin sentyabr ayına qədər aylıq 60 mlrd. avroluq istiqrazlar alınacaq. Beləliklə, 19 ay ərzində 1,14 trln. avroluq alış həyata keçiriləcək ki, bu da dövriyyə əlavə avronun buraxılması deməkdir.
 
Avropa Mərkəzi Bankının yeni proqramla bağlı xəbəri avronun məzənnəsinə dərhal təsir edib. Bir neçə dəqiqə ərzində avronun dollara nisbətən məzənnəsi 1,162 dollardan 1,149 dollara qədər azalıb.
 
Son məlumatlara görə, 1 avro 1,1322 dollara qədər ucuzlaşıb.
 
Avronun Rusiya rubluna nisbətdə məzənnəsi də dəyərdən düşüb. Belə ki, 1 avro 75 rubldan 74,1 rubla qədər azalıb.
 
Avrozonanın rəsmi valyutası Yaponiya milli valyutasına nəzərən isə 134,67 iendən 134,13 ienə enib.
 
Avronun antorekordları yeniləməsinə əsas səbəblərdən biri kimi, yanvarın 25-də Yunanıstanda keçiriləcək parlament seçkiləri göstərilir. Belə ki, seçkilərdə radikal solçu SİRİZA partiyasının qalib gələcəyi və onun lideri Aleksis Siprasın baş nazir olacağı halda, siyasətçi Yunanıstanı Avrozonadan çıxaracağına söz verib. Qeyd edək ki, A. Sipras Yunanıstanın 322 mlrd. avroya çatan dövlət borcunun bir hissəsinin silinməsini tələb edir. Belə ki, Yunanıstan dövlət büdcəsinin kifayət qədər böyük hissəsini borcunun qaytarılmasına sərf edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar