Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avronun məzənnəsində 10%-ə qədər eniş müşahidə olunur - ARDNF

Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünün davam etdirilməsi ilə bağlı keçirilən referendumun nəticələri qeyri-müəyyənlik yaradaraq, dünya maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub


Bu, ilk növbədə, özünü qlobal səhm və valyuta bazarlarında göstərib. Belə ki, bütün əsas səhm indeksləri 5%-dən artıq düşüb, ingilis funt sterlinqi və avronun məzənnəsi müvafiq olaraq təqribən 10% və 3% enib. Təbii ki, belə kəskin dəyişikliklər bütün investisiya fondlarının və bankların portfellərinə mənfi təsir göstərib. 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) hal-hazırda səhm yatırımları ümumi vəsaitlərin təxminən 10%-ə qədərini təşkil edir. 

Bu barədə Fonddan məlumat verilib.

Digər 90% isə sabit gəlirli qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda yerləşdirilmişdir ki, bu aktivlərin dəyəri sabit qalmış və hətta qızılın dəyərində kəskin artım müşahidə olunub.

Nəhayət valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqə gəldikdə, ARDNF-nin portfelinin aktivlər üzrə olduğu kimi müxtəlif valyutalar üzrə də diversifikasiya olması bu dəyişkənliyin son nəticədə portfelə nə zərər, nə də mənfəət mənbəyi olaraq hesab olunmur və gəlirliliyin hesablanmasında da nəzərə alınmır.

ARDNF-nin istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırki investisiya portfelinin qorunmasına şərait yaradır.

ARDNF-nin İnvestisiya siyasətinə əsasən, Fondun investisiya portfelinin vəsaitinin 50%-i ABŞ dolları, 35%-i Avro və 5%-i ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərə, digər 10%-i isə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ın 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş -  Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə "A" (Standard ənd Purz, Fiç) və ya "A2" (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar