Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi Azərbaycanı təxribata çəkir?


Avropa İttifaqı Azərbaycana və Türkmənistana Transxəzər qaz kəməri layihəsinə dair anlaşma memorandumunu yeniləməyə çağırır


Bu haqda Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç “Kommersant” qəzetinə müsahibəsində deyib.

“2011-ci ildən Aİ-nin Transxəzər qaz kəmərinin çəkilməsinə dair Türkmənistanla və Azərbaycanla imzalanmış memorandum çərçivəsində danışıqlar aparmaq mandatı var. Və biz indi Azərbaycana və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik, cavab gözləyirik və danışıqların necə gedəcəyinə baacağıq. Biz bilirik ki, regionda çox böyük mineral ehtiyatları var” - deyə Şevçoviç bildirib.

Avropa İttifaqının energetika məsələləri üzrə yüksək rəsmisi onu da deyib ki, Cənub Qaz Dəhlizi çərçivəsində İraqİran qazının da nəqli imkanları var: “Hazırda söhbət Azərbaycandan gedir, ancaq baxacağıq ki, hadisələr yaxın ölkələrdə necə cərəyan edəcək - İraqda, habelə son diplomatik nailiyyəti nəzərə alaraq İranda. Və biz bu sahədə Türkmənistan tərəfdən də münasibətlərin inkişafını görürük”.

Avropa İttifaqının uzun müddət gündəmdən çıxmış hesab edilən Transxəzər qaz kəməri layihəsini son zamanlar ciddi-cəhdlə yenidən gündəmə gətirmək səylərini başa düşmək olar. Brüssel Rusiya qazından asılılığı azaltmaq üçün ən ağlasığmaz yolları da nəzərdən keçirir. Bura ABŞ-dan sıxılmış qaz idxalından tutmuş Əlcəzair və İraq qazının, Türkmənistanın karbohidrogen ehtiyatlarının Avropa bazarlarına yol tapması imkanları da daxildir.



Lakin bəri başdan qeyd etmək lazımdır ki, Şevçoviçin Azərbaycana və Türkmənistana Transxəzər qaz kəmərinə dair anlaşma memorandumunu yeniləmək təklifi olduqca risklidir. Səbəblər isə tamamilə sadədir və görünəndir.

Əvvəla, Azərbaycan Avropa üçün yeganə alternativ qaz təchizatçısı rolunu üzərinə götürməklə və Cənub Qaz Dəhlizinə qoşulmaqla onsuz da üzərinə ciddi siyasi risklər götürüb.

Azərbaycanın Avropa üçün alternativ qaz  təchizatçısına çevrilməsinin Rusiyanın xoşuna gəldiyini heç kim iddia edə bilməz. Rəsmi Bakı bu rolu üzərinə götürməklə ciddi təzyiqlərlə də üzləşməli olub, hərçənd ki, bu təzyiqlər qarşısında geri çəkilməyib və qətiyyət, siyasi iradə nümayiş etdirərək TANAP və TAP kəmərlərinin çəkilməsinə dair öz seçimini edib.

Rusiya rəsmiləri gizlətmirlər ki, Azərbaycan qazının Avropaya çıxışı onların xoşuna gəlmir, ancaq eyni zamanda həcmin Avropanın qaza olan tələbatı və “Qazprom”un nəql etdiyi qazla müqayisədə cüzi olmasını nəzərə alıb bundan narahat olmadıqlarını da deyirlər.

Hətta bu situasiyada da Rusiya boş dayanmadı. “Cənub axını” qaz kəməri layihəsini dayandıraraq Azərbaycan qazının Avropaya nəql marşrutunu təkrarlayan “Türk axını” kəməri layihəsinə başladı. Üstəlik Yunanıstanın Moskvaya yaxın solçu hökuməti TAP kəmərinə qarşı bəzi əngəllər yaratmaqdadır. Və bütün bunlar Avropa İttifaqının süstlüyü fonunda baş verir.

Transxəzər qaz kəməri layihəsinə gəldikdə isə məsələnin mahiyyəti ciddi ölçülərdə dəyişir. Söhbət Xəzərin dibindən çəkiləcək kəməri ilə Türkmənistanın nəhəng qaz ehtiyatlarının bir hissəsinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqli planlarınan gedir.



Transxəzər ildə 30 milyard kubmetrə yaxın türkmən qazının Avropaya nəqli üçün düşünülüb, ötən əsrin 90-cı illərinin sonlarında ABŞ tərəfindən irəli sürülüb. Bu ideya Rusiyanın bölgədə mövqelərinin zəif olduğu vaxtlarda xeyli aktual idi.

Lakin Rusiyanın Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə icazə verilməyəcəyinə dair qəti mövqeyindən, xəbərdarlıqlarından sonra Transxəzər layihəsi gündəmdən düşmüş hesab edilirdi. Azərbaycan və Türkmənistan bildirir ki, bu kəmər iki ölkənin Xəzərdəki milli sektorundan çəkiləcəyinə görə qərarı da onlar verməlidir. Lakin Rusiya Xəzərin statusunun qeyri-müəyyən olmasını, ətraf mühit problemlərini və s. irəli sürərək buna imkan verilməyəcəyini bildirir.

İndi nə dəyişib? Rusiya yumşalıb və Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə yaşıl işıq yandırmağa hazırdırmı?

Qətiyyən yox. Əksinə, Rusiya durmadan Xəzərdəki donanmasını gücləndirir, tez-tez hərbi manevrlər keçirir və digər sahilyanı ölkələrə, habelə regionda maraqları olan kənar dövlətlərə nümayiş etdirir ki, qapalı dənizdə, yaxud göldə bütün məsələlər ondan soruşulmalıdır. Moskva Xəzərin dibindən kəmərlərin çəkilməsinə qarşı olduğunu da hər fürsətdə təkrar edir, İran da eyni mövqedədir.

O zaman Brüssel Azərbaycanı və Türkmənistanı bu riskli layihəyə, hətta avantüraya çəkməklə nə demək istəyir?

Türkmənistan son zamanlar Transxəzər məsələsində xeyli fəal və maraqlı görünür. “Türkmənbaşı” - prezident Berdıməhəmmədov bu layihəyə dair avropalılarla və amerikalılarla tez-tez məsləhətləşmələr aparır. Hətta bu günlərdə Türkmənistan BMT-ni Transxəzər layihəsinin qarantı olmağa çağırmışdı. Azərbaycanın mövqeyi isə həmişə ehtiyatlı olub.

Rəsmi Bakı bildirib ki, Transxəzər layihəsində öndə gedən tərəf olmaq istəmir, ancaq ərazisi türkmən qazının Avropaya tranzitinə açıqdır. Və ehtiyatlı olmaqda da haqlıdır. Rusiya Azərbaycan qazının Avropaya nəqlinə mane olmadı, yaxud ola bilmədi. Ancaq bu, o demək deyil ki, türkmən qazının da Xəzərin dibindən keçib getməsinə eyni dərəcədə dözümlü yanaşacaq.

Viktoriya Nulandın peçenyelərinin və Brüsselin boş bəyanatlarının Ukraynada Rusiyanı dayandırmağa kifayət etmədiyini hamı gördü. O zaman Avropanın maraqlarına görə risk etməyə və növbəti Ukrayna olmağa dəyərmi?(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar