Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi üzərində Tramp və Putin kabusu


Birlikdən qaçmaq istəyən onlara sığınır..


2016-cı ilin sonu və 2017-ci ilin ilk aylarında Avropanın siyasi havası sərt keçəcək. 

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, qoca qitənin müxtəlif ölkələrində hakimiyyətdə olan liberalların və sosial-demokratların taxtı günü-gündən laxlayır. 

Onların yerinə isə Rusiya tərəfindən aktiv şəkildə dəstəklənən ultrasağlar populyarlıq qazanmağa başlayıb.

Avroskeptiklərin sayı isə günü-gündən artır.

Avropa Birliyi daxilində ən qaranlıq siyasi mövsümü ilk olaraq Avstriyadakı prezident seçkiləri və İtaliyada keçiriləcək konstitusiya referendumu açır.

Hər iki siyasi hadisə dekabrın 4-də baş tutacaq.

Bir çox siyasi ekspertin rəyinə görə, hər iki seçki qoca Avropanın bir sonrakı taleyini həll edə bilər. Belə görünür ki, kənardan gələn təhlükələr, immiqrantlarla bağlı problemlər, iqtisadi böhranların fonunda Avropa xalqları bir-birlərinə daha da sarılmaq, problemləri birlikdə həll etmək yerinə onu bir-birlərinin üstünə atıb qaçmağa üstünlük verirlər.

Hazırda Avropada mərkəzdən qaçma meyllərinin güclənməsi də bunu göstərir.

Avstriyada prezident seçkilərində ultrasağların lideri Norbert Hoferin qalib gəlməsi bu tendensiyanın simvolik qələbəsinə çevrilə bilər.

Doğrudur, Avstriya parlament respublikasıdır, burada kanslerin (baş nazirin)  səlahiyyətləri daha genişdir. Hər halda Norbert Hoferin zəfəri digər ölkələrdəki ultrasağ güclər üçün ilham qaynağı ola bilər.

Картинки по запросу norbert hofer austria

Seçkilər uzun müddətdən bəri Avstriyada davam edən siyasi qeyri-müəyyənliyə də son qoya bilər. Bilindiyi kimi, Avstriya 8 aydır dövlət başçısını seçə bilmir. İlk turda keçrilən seçkilərdə Norbert Hofer 36,4%, rəqibi Aleksandr Van der Bellen 20,38% səs toplayıb.  Bu ilin mayın 22-də keçrilən ikinci turda isə Van der Bellen rəqibini qabaqlayıb (50,3%-49,7%).
Lakin Hofer seçkilərin nəticələrinin konstitusiya məhkəməsinə ləğv edilməsinə nail ola bilib. 

Aradakı bu fasilə isə ona daha çox sərf edib.

Avstriyalı ultrasağın populust, anti-immiqrant ritorikası ona əlavə populyarlıq gətirib.

Bundan başqa, ABŞ-da keçirilən prezident seçkilərində təxminən eyni şüarları səsləndirən Donald Trampın qələbəsi Norbertin əhali içərisində dəstəyinə əlavə güc qatıb.

Siyasi ekspertlərin fikrincə, Avstriya kimi ölkələrdə əhali içərisində siyasi alternativ arayışları daha da sürətlənib. Siyasi elitanı təmsil edən ənənəvi yeni tendensiyanın qarşısını almaq qabiliyyətində deyil.

Siyasi müşahidəçilərə görə, Norbert Hoferin uğuru Avropadakı digər ultrasağlar üçün də stimula çevriləcək. İlk öncə gələn ilin yazında Fransada keçiriləcək prezident seçkilərində Fransa Milli Cəbhəsinin lideri Marin Le Penin sistem partiyalarının namizədləri üzərində qalib gəlmək şansları yüksələ bilər.

Seçki öncəsi sorğular Hoferin qəti qələbəsini vəd edir. Rəqibinin Avstriya prezidenti olaraq seçilməsini önləmək üçün Aleksandr Van der Bellenin qərargahı youtube-a 2-ci dünya müharibəsində faşistlər tərəfindən siyasi rəqiblərini məhv etmək və işgəncə verilməsi üçün qurulan Osventsim düşərgəsindən sağ çıxan 89 yaşlı Gertrudanın müraciətini əks etdirən video yerləşdirib. Gertruda Norbertin söyləmləri ilə Adolf Hitlerin çıxışları arasında bənzərliyə diqqət çəkərək, onun da Hitler kimi hər nitqinin sonunu “Tanrı özü mənə kömək olsun” sözləri ilə bitirdiyini qeyd edib.

Yeri gəlmişkən, Norbert Hofer qalib gələcəyi təqdirdə Avstriyanın Avropa Biliyindən çıxarmayacağını bəyan edib. Norbertin fikrincə, Avstriya yalnız Türkiyənin Birliyə daxil olması halında çıxmaq məsələsini müzakirə edə bilər.

Hofer prezident seçilməsi halında ilk xarici səfərlərinin qrafikini də açıqlayıb. Avstriyalı radikal 
Çexiyadan sonra rəsmi Rusiya və Çinə rəsmi ziyarət edəcəyini söyləyib.

Avropa Birliyi üçün ikinci sınaq İtaliyada keçiriləcək referendumla bağlıdır.

İtaliya xalqı  ölkəni idarə edən  Avropa yönümlü Mario Renzinin təklif etdiyi islahat paketinə münasibət bildirməlidir.

Renzinin islahatları Senatın dövlət idarəçiliyindən tamamilə kənarlaşdırılmasını, regional hakimiyyət orqanlarında korrupsiya ilə mübarizəni, habelə dövlət xərclərinin azaldılması ilə bağlı addımları nəzərdə tutur.

Renzinin planlarına isə ilk öncə sağlar, əsasən də radikal yönümlü siyasi partiyalar qarşı çıxır.

Картинки по запросу mario renzi

Bu məsələdə İtaliyanın separatçı “Şimal liqası”nın (bu partiya İtaliyanın şimalının müstəqilliyi uğrunda çıxış edir-red.) fəallığı xüsusilə gözə çarpır.
Maraqlıdır ki, partiya lideri Matteo Salvini də Putin rejimi ilə sıx əməkdaşlıq edən siyasətçilərdəndir.

İtalyan separatçılarının liderinin Moskva səfərlərinin sayı-hesabı yoxdur. O, Avropa parlamentində Krımın Rusiya tərəfindən işğal edilməsinə haqq qazandıran tək-tük siyasətçidən iri sayılır.

Картинки по запросу matteo salvini
Referendum qabağı keçirilən sorğular əhalinin rəyinin yarı-yarıya bölündüyünü göstərir.

Rentsinin məğlubiyyətə uğraması isə Avropa Birliyinin parçalanması meyllərini daha artıracaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar