Avropa İttifaqı (Aİ) "İslam dövləti" və "Əl-Qaidə" terror qruplaşmaları ilə əlaqəli olan fiziki şəxs və təşkilatlara qarşı məhdudiyyətlərə əlavələr edib
Bu barədə Trend Aİ-ın rəsmi məlumatına istinadən xəbər verir.
İyunun 24-də BMT-nin sanksiyalar üzrə Komitəsi aktivlərin və istisadi mənbələrin dondurulmasına ehtiyac bilinən fiziki şəxslərin, qrupların və qurumların siyahısına 9 bənd əlavə edib. Eyni əlavələr Aİ-nin qanunverici aktlarına da əlavə edilib.
Siyahıda 8 nəfər Fransa, Tunis, Yəmən və digər ölkələrin vətəndaşları var. Həmçinin sənəddə "Ərəbistan yarımadasında Əl-Qaidə" qruplaşmasının adı da yer alıb.
pia.az