Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqından Dilqəm və Şahbaz çağırışı


Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti erməni silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz mühakiməsi ilə bağlı mövqeyini açıqlayıb


AzərTAc “Eunews.az” portalına istinadla xəbər verir ki, Avropa İttifaqı Ermənistanı beynəlxalq humanitar normalardan irəli gələn öhdəliklərə əməl etməyə və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlığa çağırıb. Xarici Fəaliyyət Xidməti bunun Azərbaycan, RusiyaErmənistan prezidentlərinin 2010-cu il Həştərxan bəyanatına, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2014-cü ilin dekabrında Bazeldə etdiyi çağırışa uyğun olacağını xatırladıb.

Şahbaz Quliyev və Dilqəm Əsgərov bu ilin iyul ayında Kəlbəcərdə girov götürülüb. Onlarla birgə Kəlbəcərə gedən Həsən Həsənov isə öldürülüb. Onun meyiti qarşı tərəfdən oktyabrın 2-də alınıb, oktyabrın 4-ü Bakıda dəfn edilib.

İşğalçı Dağlıq Qarabağ rejimi hər üç şəxsin Kəlbəcərə diversiya məqsədi ilə keçdiyini, 2 ermənini öldürdüyünü, 1-ni yaraladığını və başqa cinayətlər törətdiyini iddia edir.

Azərbaycanlı girovlar Dağlıq Qarabağda, Xankəndidə qurulmuş qondarma məhkəmədə mühakimə olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar