Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Oyunları ilə bağlı maarifləndirmə işi davam edir


Bakı Dövlət Universitetinin tələbələri Avropa Oyunlarına yüksək maraq göstərirlər


PİA.AZ xəbər verir ki, Birinci Avropa Oyunları ilə bağlı Bakı Dövlət Universitetində maarifləndirmə tədbirləri davam edir.

Bakı Dövlət Univesiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi 2015-ci ildə reallaşacaq “Bakı 2015 ilk Avropa oyunlarına sən də qoşul” adlı təbiğat kampaniyasını uğurla davam etdirir.

Birinci Avropa Oyunları ilə bağlı Bakı Dövlət Universitetində maarifləndirmə tədbirləri tələbələr arasında marağa səbəb olub.

BDU tələbələrini gələn ilin yayında keçiriləcək İlk Avropa Oyunları haqqında məlumatlandırmaq və maarifləndirmək məqsədilə  1 ay əvvəl başlanan “Bakı 2015 ilk Avropa oyunlarına sən də qoşul” adlı təbiğat kampaniyası bu günə qədər 2000-dən artıq tələbənin mötəbər yarış haqqında geniş bilgilər əldə etməsində mühüm rol oynayıb.

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov tələbələrlə görüşdə ölkədə aparılan ümumi quruculuq işlərindən, ayrı-ayrı sahələrdə əldə olunan böyük uğurları vurğulayaraq tarixdə ilk dəfə Azərbaycanda keçirilən “Bakı 2015 ilk Avropa oyunlarının” cənab prezidentimiz İlham Əliyevin beynəlxalq arenada olan nüfuzunun növbəti təntənəsi, Azərbaycan Respublikasına dünyada olan inam və etibarın ifadə forması kimi qiymətləndirib.

“Doğrudur, yarışların təşkilat komitəsinə rəhbərlik edən birinci xanım H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva çox bacarıqlı idarəedici, böyük təşkilatçıdır. Təbii ki, “Bakı 2015 ilk Avropa oyunlarının” ən yüksək səviyyədə keçirilməsi üçün onun tərəfindən böyük işlər görülür. Amma cəmiyyət də bu işlərə nə qədər yaxından dəstək olsa nəticə bir o qədər uğurlu olar” – deyə, Daşqın Qənbərov qeyd edib.





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar